İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


19.03.2021  17:11 

Rayon yolları bağlanmadı





A+  A-

Bir neçə gündür sosial şəbəkələrdə Novruz bayramı ərəfəsində şəhərlərarası gediş-gəlişin dayandırılacağı ilə bağlı məlumatlar yayılmışdı. Günün birinci yarısında isə bəzi saytlarda Nazirlər Kabinetinin ötən il Bakıya giriş-çıxışa qoyulan məhdudiyyət qərarı yeni qadağalar kimi paylaşılmışdı.
XəzərNews.az xəbər verir ki, bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar siyahısında rayon yollarının bağlanması ilə bağlı müddəa yoxdur.

Bugünkü qərarlara əsasən, Azərbaycanda xüsusi karantin rejiminin müddəti 1 iyun saat 06:00-dək uzadılıb. Martın 20-si saat 00.00-dan martın 29-u saat 06.00-dək Azərbaycan ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılacaq. Həmçinin aprel və may aylarında ictimai nəqliyyat qrafiklə işləyəcək.

Qeyd edək ki, Prezidentin köməkçisi Şahmar Mövsümov da bu gün brifinqdə 9 günlük bayram tətilində yalnız ictimai nəqliyyat və karantin rejiminin uzadılması ilə bağlı qərar verildiyini bildirib.

Xəbər 1002 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +