İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


26.02.2021  13:21 

İrəvanda parlament binasına polis karvanı cəlb olundu





A+  A-

Polis avtobuslarından ibarət karvan İrəvanın mərkəzindəki parlament binasına cəlb olunub.
XəzərNews.az xəbər verir ki, Ermənistan parlamentində bu gün ölkədəki vəziyyətin müzakirəsi məqsədilə iclas keçiriləcək. Eyni zamanda müxalifət tərəfdarları Bağramyan prospektində salınan çadır düşərgəsinin ətrafına toplaşıblar.

Vəziyyətə polis tərəfindən nəzarət olunur. Parlament binasının ətrafı polis qüvvələri tərəfindən mühasirəyə alınıb. Binanın ətrafına cəlb olunan xüsusi avtobus karvanında əlavə polis qüvvələrinin olduğu bildirilib.

Qeyd edək ki, Baş nazir Nikol Paşinyanın Rusiyanın “İskəndər” raketləri barədə açıqlamaları ölkədə siyasi böhranın dərinləşməsinə səbəb olub. Ermənistanın Baş Qərargah rəis müavini Paşinyanın sözügedən açıqlamasını lağa qoyduğu üçün istefaya göndərilib. Ardından Baş nazir tərəfindən Baş Qərargah rəisinin istefası təklif edilib. Ötən gün isə Ermənistan Silahlı Qüvvələri Paşinyanın özünün istefasını tələb edən bir bəyanat yayıb. Paşinyan həmin bəyanatı çevriliş cəhdi kimi qiymətləndirərək tərəfdarlarını küçələrə çıxmağa çağırıb. Eyni zamanda müxalif qüvvələr də Azadlıq meydanı və parlament binası yaxınlığında etirazlara başlayıblar.



Xəbər 1268 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +