İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


14.12.2020  15:57 

Almaniya tarixində ən sərt karantin tətbiq olunacaq





A+  A-

Almaniyada koronavirusun yayılması ilə əlaqədar vəziyyətin son dərəcə ciddiləşməsi səbəbilə 16 dekabr tarixindən etibarən ölkə tarixində ən sərt karantin rejimi tətbiq ediləcək.
XəzərNews.az xəbər verir ki, bu barədə Almaniya Prezidenti Frank-Valter Ştaynmayer televiziya müraciətində bildirib.

“Hörmətli vətəndaşlar, hamımız daha da irəliləməyə ümid edirdik. Ancaq virus hələ də bizi nəzarətdə saxlayır. Buna görə də çərşənbə günündən etibarən ictimai və şəxsi həyatımız Almaniya Federativ Respublikasının tarixində olduğundan daha sərt şəkildə məhdudlaşdırılacaq. Vəziyyət ağırdır. Həftədə minlərlə ölüm və nəzarətdən çıxmaq təhdidi daşıyan bir infeksiyadan söhbət gedir. Radikal tədbirlərdən qaça bilmərik”,- deyə Prezident qeyd edib.

O bildirib ki, məhdudiyyətlər iqtisadi yaşamı təhdid etsə də, əsas məqsəd yoluxmuş insanların sayını mümkün qədər tez azaltmaq və sonra da aşağı səviyyədə saxlamaqdır.

“İndi virusa qarşı mübarizədə kritik bir mərhələyə qədəm qoymuşuq. Tibbi biliklərimiz və müalicə variantlarımız indi bir neçə ay əvvəl olduğundan daha genişdir. Əmin olmağın başqa bir səbəbi də var: ilk peyvəndlər Almaniyada dekabr ayında təsdiqlənəcək, yüzlərlə peyvənd mərkəzi yaradılıb və yeni ildən dərhal sonra kütləvi peyvəndlənmə başlayacaq. Əminəm ki, indi göstərdiyimiz məsuliyyət və daşıyacağımız yük boş yerə getməyib. Bu, bizi pandemiyanın sonuna yaxınlaşdırır”,- deyə dövlət başçısı söyləyib.

Qeyd edək ki, çərşənbə günündən Almaniyada mağazalar və apteklər istisna olmaqla hər yer bağlanacaq. Pirotexniki vasitələrin satışı qadağan olunacaq. Hökumət vətəndaşları tətil günlərində atəşfəşanlıqdan imtina etməyə çağırıb. Küçələrdə spirtli içki satışının da qadağan olunacağı bildirilib.



Xəbər 1228 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +