İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


06.05.2020  17:19 

“82 min ailə sosial yardımla təmin edilir”





A+  A-

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev ölkədə məşğulluq imkanlarının artırılmasından danışıb.
XəzərNews.az xəbər verir ki, nazir “Azərbaycan” qəzetinə müsahibəsində bildirib ki, məşğulluq imkanlarının artırılması üçün dövlət başçısının tapşırığına əsasən, ödənişli ictimai iş yerlərinin sayı 38 mindən 90 minə çatdırılır: “Artıq DOST İş Mərkəzi vasitəsilə əlavə 23 min şəxs bu işlərə cəlb edilib. Hazırda 61 min şəxs əmək müqaviləsi ilə ödənişli ictimai iş yerlərində çalışır.

Özünüməşğulluq proqramı çərçivəsində bu il minimum 12 min ailə üçün kiçik təsərrüfatların qurulması işləri aparılır. Bu sahədə Dünya Bankı ilə birgə layihəyə də başlanır və bu layihə üzrə hər il 5 min ailənin özünüməşğulluğu təmin ediləcək. Heydər Əliyev Fondu və BMT-nin İnkişaf Proqramı ilə birgə işsiz və əlilliyi olan şəxslərin biznesə çıxışına da dəstək verilir.

Həmçinin ünvanlı dövlət sosial yardımı proqramının əhatə dairəsi genişləndirilir, təkcə aprel ayında əlavə 12 min ailə (50 min ailə üzvü) də bu proqrama cəlb edilib və hazırda 82 mindən çox ailənin 342 min üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin edilir. Hər ailəyə aylıq orta hesabla 224 manat sosial yardım ödənilir.

Habelə işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi, 20 minədək şəxsi əhatə etməsi üçün qanunvericiliyə dəyişikliklər edilir”.

Xəbər 1242 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +