İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


16.02.2020  12:39 

Koronavirus qurbanlarının sayı 1600-ü ötdü





A+  A-

Çində koronavirusa yoluxanların sayı 68,5 min nəfərə çatıb. Onlardan 1665-i dünyasını dəyişib, 9419-u sağalıb və xəstəxanalardan evə buraxılıb.
XəzərNews.az bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat verib.

Ayrıca Honkonqda 56 yeni yoluxma faktı qeydə alınıb (onlardan 1- vəfat edib, 1-i sağalıb), Makaoda 10 infeksiyalı aşkar olunub (onlardan 3-ü artıq xəstəxanalardan buraxılıb), Tayvanda isə 18 nəfər bu virusa yoluxub (onlardan 1-i sağalıb).

Ölümcül virusa yoluxmaqda şübhəli bilinən 8228 nəfər karantində, 158,7 min nəfərdən çox insan isə xəstələnənlərlə əlaqədə olduğu üçün nəzarətdə saxlanılır.

Son sutka ərzində, dövlət komitəsinin məlumatına görə, 2009 yeni yoluxma faktı qeydə alınıb, fevralın 15-də xəstəxanalardan 1323 nəfər buraxılıb, 142 nəfər dünyasını dəyişib. Bununla yanaşı, ağır vəziyyətdə olan pasiyentlərin sayı 219-a çatıb.

Xəbər 1353 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +