İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


19.12.2019  17:32 

YAP-dan Məleykə Ağayevanın oğlu ilə bağlı - Açıqlama





A+  A-

"Vəzifəsindən və səlahiyyətlərindən asılı olmayaraq, hər bir şəxs qanun qarşısında cavab verməlidir".
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzov deyib.

S.Novruzovun sözlərinə görə, ölkə ərazisində yaşayan hər bir şəxs Azərbaycan Respublikasının qanunları qarşısında bərabərhüquqludur: "Hansı partiya üzvlüyündən, hansı peşə sahibi olmasından, hansı vəzifəni daşımasından asılı olmayaraq, əgər şəxs cinayət törədibsə və bu, məhkəmə qaydasında sübuta yetirilirsə, o, məsuliyyət daşıyır. Yeni Azərbaycan Partiyasının mövqeyi həmişə belə olub. İstər YAP üzvü olsun, istər digər siyasi partiya təmsilçisi, fərqi yoxdur. Onlar da hər bir sadə vətəndaşlar kimi eyni hüquqa malikdir. Bu baxımdan da partiya təmsilçiləri qarşısında belə bir məsələ qoymuşuq ki, siz çox ciddi məsuliyyət daşıyırsınız. Bəzən görürsən ki, ayrı-ayrı siyasi partiyaların nümayəndələri bu və ya digər şəkildə ictimai təhlükəli əməl törədirlər və partiya qalxanının arxasında gizlənməyə cəhd edirlər. İfşa olunduqda isə həmin partiya rəhbərləri Avropa Şurasına, başqa-başqa qurumlara müraciətlər edirlər. Onlar istəyirlər ki, törətdikləri əməli ört-basdır etsinlər".

YAP funksioneri əlavə edib ki, demokratiya, insan hüquq və azadlıqları hər bir şəxsin törətdiyi əmələ görə cavabdehlik daşımasını tələb edir. O baxımdam, Yeni Azərbaycan Partiyasının hər bir üzvü də qanun qarşısında bərabərdir.

Qeyd edək ki, bu gün Sabirabad rayon sakini Fariz İxtiyar oğlu Ağayev polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı saxlanılıb. Onun üzərinə baxış zamanı narkotik maddə aşkarlanıb.

Saxlanılan şəxs Yeni Azərbaycan Partiyasının (YAP) Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayevanın oğludur.

Xəbər 1036 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +