İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


30.06.2019  10:08 

Bu gün 6461 məzun imtahan verəcək





A+  A-

Dövlət İmtahan Mərkəzi bu gün növbəti imtahanları keçirəcək. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Zaqatala, Qax, Balakən, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq.
XəzərNews.az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzi tərəfindən 2019-cu il iyunun 30-da: ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları; əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar; üzrlü səbəbdən bu ay keçirilən buraxılış imtahanlarının (IX sinif) ikinci mərhələsində iştirak edə bilməyən cari ilin məzunları; orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahanı verən cari ilin məzunları; orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün imtahanlar keçiriləcək.

İmtahanlarda 6461 (Bakıda 1814, Naxçıvanda 336, Gəncədə 718, Şəkidə 300, Zaqatalada 9, Balakəndə 11, Qaxda 68, Bərdədə 788, Göyçayda 444, Şirvanda 724, Lənkəranda 796, Xaçmazda 453) nəfərin iştirakı nəzərdə tutulur. İmtahanların idarə olunmasına 21 ümumi imtahan rəhbəri, 50 imtahan rəhbəri, 536 nəzarətçi-müəllim, 45 buraxılışı təşkil edən əməkdaş, 21 bina nümayəndəsi ayrılıb.

Xəbər 701 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +