Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


14.06.2019  16:52 

“Lombard rəhbərləri camaatı incidir”





A+  A-

“Lombardlar haqqında” yeni qanun layihəsi deputatların narazılığına səbəb olub.
XəzərNews.az xəbər verir ki, layihənin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəsində çıxış edən deputat Vahid Əhmədov bildirib ki, Azərbaycanda vətəndaşlar lombardların fəaliyyətindən narazıdır: “Lombardlarla bağlı çoxlu şikayətlər daxil olur. Lombard rəhbərləri camaatı incidirlər. Ona görə də, belə bir qanun layihəsinin olması vacib idi. Ancaq bu qanun layihəsi yetərli deyil. Bu layihədə düzəldilməli olan bir çox məsələlər var. Layihəni parlamentə bu cür şəkildə buraxan deyilik. Vaxt verək, Maliyyə Bazarlarına Nəzarət Palatası layihəni yenidən hazırlasın.Təkcə lisenziyanın verilməsi ilə bağlı layihədə 3 maddə verilib. Buna nə gərək var? Biz bilirik ki, lombardlara müraciət edən adamlar kasıb insanlardır. Tez müddətdə onlar qiymətli əşyalarını qoyub pul götürmək istəyirlər. Ancaq layihədə qeyd olunur ki, müqavilə, qəbz digər üsullardan istifadə olunmalıdır.

Daha sonra layihədə qeyd olunur ki, lombard verilmədiyi halda vətəndaş məhkəməyə müraciət edə bilər. Niyə görə son zamanlar bu qurumlar vətəndaşı məhkəmələrə yönləndirilir? Biz elə etməliyik ki, insanların işini çətinləşdirməyək. Çünki lombardlarla bağlı məsələdə biabırçılıq baş alıb gedir. İnsanların 100 min manatlıq əşyalarını 5000 manat dəyərində qiymətləndirirlər”.

Deputat Rüfət Quliyev isə bildirib ki, imkansız insanlar öz qızıl əşyalarını lombarda qoyub pul götürürlər: “Ancaq pul ödəyib bitəndən sonra insanlar dələduzluq faktlarına məruz qalırlar. Kiminsə qızıl əşyasının qaşı götürülüb dəyişdirilir və.s hallar baş verir. Bu zaman məsuliyyəti kim daşıyır? Bunu qanun layihəsi müəyyən edə bilibmi?” Deputat İlham Əliyev bildirib ki, lombard qara bazar kimi fəaliyyət göstərir: “Onların nə müqavilələri, nə də notarial qaydada sənədləri var. Onlar müştərilərin əşyalarını düzgün qiymətləndirmirlər. Gəlin o zaman müştərinin zinət əşyasını qiymətləndirən ekspertə də lisenziya verək. Elə etmək lazımdır ki, lombardlar insanların əşyalarına müdaxilə edə bilməsinlər. Onları möhürləyib saxlamaq lazımdır. Bilirsiniz, əsas məsələləri qıraqda qoyub, ikinci dərəcəli məsələləri bizim müzakirəmizə gətirib təqdim etmisiniz”.

Xəbər 1298 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +