İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


29.04.2019  17:53 

Məktəblərdə dini biliklər necə veriləcək? - Komitə sədri detalları AÇIQLADI





A+  A-

“Qafqaz Müsəlmanları İdarəsi Quran kurslarına icazə verib. Dövlət də Quran kurslarının olmasını lazım bilir".
Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurasının iclasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O qeyd edib ki, gələn ilin sentyabrından bütün ali məktəblərdə İslam dini və digər dinlər haqqında icbari dərs keçiriləcək:

"Tələbələr həmin dərslərdən imtahan verəcəklər. İslam dini onların içərisində daha yüksək yer tutur. Artıq həmin dərsliklər hazırlanıb. Təhsil Nazirliyi həmin dərslikləri Dövlət Komitəsinə göndərib. Bütün orta məktəblərdə tədris proqramlarına geniş şəkildə İslam dini haqqında məlumatlar əlavə edlilib. İslam şagirdlərə orta məktəbdə aşağı siniflərdən öyrədiləcək. İlahiyyatçı alimlər buna baxırlar. Bütün məsələlər nəzərə alınır ki, şagirdlərə hər hansı bir fiikir yanlış çatdırılmasın".

Komitə sədrinin bu fikirləri ictimaiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə açılan müzakirələrin iştirakçıları orta məktəblərdə ayrıca dini dərslərin keçirilməsi ilə molla təfəkkürlü insanların yetişdirilməsinin baş verəcəyini bildiriblər.

XəzərNews.az xəbər verir ki, Modern.az saytı məsələnin aktuallığını nəzərə alaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə əlaqə saxlayıb.

Komitə sədri saytımıza açıqlamasında deyib ki, orta məktəblərdə dini dərslərin keçirilməsinə normal yanaşmaq lazımdır:

“Görünür, bəzi insanlar düzgün anlamayıb. Orta məktəbdə oxuyan şagird din haqqında biliyi hardan almalıdır?! Xristianlığın, bütpərəstliyin, İslamın nə olduğunu hardan bilməlidir?! Sovet dövründə “İctimaiyyət” fənni vardı. Azərbaycanda isə məktəblilərə dini məlumatlar “Həyat bilgisi” dərsliyində keçilir. Sadəcə bu proqram bir qədər genişlənəcək”.

Mübariz Qurbanlı bildirib ki, bəziləri din xadiminin hazırlanması ilə din haqqında bilgi verilməsini eyniləşdirirlər:

“Halbuki, din xadimi hazırlamaq ayrı şeydir, din haqqında bilgi vermək tamam ayrı məsələdir. Yəhudiliyin, xristianlığın nə zaman meydana gəldiyini necə öyrənməliyik?! Təbii ki, orta məktəbdə dini tədris etməklə bunları öyrədəcəyik. Uşaqlar müqəddəs kitablar olan İncil, Tövrat, Quranın nə olduğunu biləcək. Kilsə ilə sinaqoqu fərqləndirməyi bacaracaq. Bunları öyrətmirik deyə, insanlarımızın dini məlumatı olmur. “Din haqqında bilgi verəcəyik” deyəndə bəziləri elə başa düşür ki, insanlara molla məktəbində keçilənləri öyrədəcəyik”.

Xəbər 949 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +