İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


16.01.2019  10:21 

“Bu, cinayət hadisəsidir” - İcradan barelyefin oğurlanmasına reaksiya





A+  A-

Ötən gün Azərbaycanın görkəmli dövlət xadimi, Xalq Cümhuriyyətinin əsas liderlərindən biri Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndində doğulub, boya-başa çatdığı evin qarşısındakı barelyefin oğurlanması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
XəzərNews.az xəbər verir ki, oğurlanmış mis barelyefin həmin yerə 1992-1993-cü illərdə vurulduğu bildirilir. Məhəmməd Əmin Rəsulzadənin vaxtilə yaşadığı sözügedən ev isə uzun müddətdir uşaq bağçası kimi fəaliyyət göstərir.

“Qafqazinfo” məsələ ilə əlaqədar Abşeron rayon İcra Hakimiyyətinin Mətbuat Xidməti ilə əlaqə saxlayıb. Mətbuat Xidmətindən bildirilib ki, oğurluq, cinayət hadisəsidir. Ona görə də bu məsələ polis orqanları tərəfindən araşdırılır.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidməti isə telefon zənginə cavab vermədiyindən məsələnin nə yerdə olduğunu aydınlaşdıra bilmədik.

Xəbər 761 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +