İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


05.11.2018  12:07 

122 dövlət əmlakı özəlləşdirilir





A+  A-

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərraclardan biri 4 dekabr tarixində keçiriləcək.
Komitədən XəzərNews.az-a verilən məlumata görə, ayın ilk hərracında vətəndaşlar 122 dövlət əmlakı üzrə seçim edə biləcək. Bunlardan 76-sı kiçik dövlət müəssisə və obyekti, 21-i qeyri-yaşayış sahəsi, 17-si səhmdar cəmiyyəti, 8-i isə nəqliyyat vasitəsidir.

Özəlləşməyə çıxarılan kiçik dövlət müəssisələrinə mağazalar, restoranlar, təsərrüfat sahələri, poliklinika və digər əmlaklar aiddir. Bu dövlət obyektlərinin ümumi faydalı sahəsi 20 kv.m ilə 3813 kv.m aralığındadır. Kiçik dövlət müəssisələrindən biri Bakı şəhəri, Binəqədi rayonunda yerləşən əmlak kompleksidir. Obyektin ümumi faydalı sahəsi 838.3 kv.m, birlikdə özəlləşdiriləcəyi torpaq sahəsi isə 2853.4 kv.m-dir. İnvestora yüksək gəlir qazandıra biləcək əmlaklar kimi Qusar Tədarük Satış Bazasını, Şəmkir yun tədarükü məntəqəsini, paytaxtın Xəzər rayonunda yerləşən yardımçı təsərrüfatı, 4 saylı kafeni də göstərmək olar.

Kiçik biznes fəaliyyətində əlverişli xidmət və ofis obyekti kimi istifadəyə imkan verən qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi 14,4 kv.m ilə 1612,1 kv.m intervalındadır. Bu növ dövlət əmlaklarından 5-i Sumqayıtda, digərləri isə paytaxtın ayrı-ayrı rayonlarında yerləşir. Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsindəki qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 49.2 kv.m-dir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri arasında kəndkimya, nəqliyyat, təmir, istehsal və digər iqtisadi sahələrdən olan müəssisələr var. Belə səhmdar cəmiyyətlərinə “Ucar Tikinti Avtonəqliyyat”, “Lənkəran Mebel”, “Əli Bayramlı Aqrotəmir” və digərləri aiddir. İnvestorlar hərracda iştirak edərək bu səhmdar cəmiyyətlərinin dövlətə məxsus 30-45%-lik səhm paketlərini özəlləşdirə bilər.

Xəbər 1278 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +