İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


15.10.2018  10:17 

İraqda içməli sudan zəhərlənənlərin sayı 111 mini keçib





A+  A-

İraqın cənubunda Bəsrə vilayətində içməli sudan zəhərlənənlərin sayı 111 min nəfər çatıb.
XəzərNews.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının Bəsrdəki ofis direktoru Mehdi ət-Tamimi məlumat verib.

Direktor bildirib ki, komissarlıq bu məsələ ilə bağlı mərkəzi və yerli hökumətdən aydın və ciddi mövqe gözləyir.

Qeyd edək ki, İraqda etiraz aksiyaları iyulun 8-dən liman şəhəri olan Bəsrədə başlayıb. Vəziyyətin gərginləşməsinə işsizlik və kommunal sahədəki vəziyyətin pisləşməsinə etiraz edən nümayişçilərdən birinin ölümü səbəb olub.

Bəsrədə başlayan etirazlar digər vilayətlərə də yayılıb. Etirazçılar hökumətdən elektrik və su təchizatı sahəsindəki kəsintilərə son verməyi tələb edirlər. Situasiya ölkənin cənub vilayətlərində temperaturun 50 dərəcəni keçməsindən sonra daha da dərinləşib.

Xəbər 1192 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +