İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


02.08.2018  09:57 

BMT sülhməramlıları çox sayda uşağı zorlayıb





A+  A-

Böyük Britaniyanın “Channel 4” telekanalının apardığı araşdırmalar zamanı məlum olub ki, BMT sülhməramlıları dünyada uşaq və qadınları kütləvi şəkildə zorlayıblar.
XəzərNews.az Lenta.ru portalına istinadla xəbər verir ki, son 20 ildə 1700 hərbi qulluqçu yerli sakinlərə qarşı təcavüz və seksual cinayətlərdə ittiham olunub.

Kanalın məlumatına görə, bunlardan yalnız 53 iş məhkəməyə qədər gedib.

Reportyorlar zərərçəkmişlərin bəzilərini danışdırıblar. Konqo sakini Valeri etiraf edib ki, 14 yaşı olanda fransalı Didye Burje tərəfdinən təcavüzə məruz qalıb. Daha sonra isə Burje ona pul təklif edib və ailəsinin maddi vəziyyəti ağır olduğu üçün bu təklifi qəbul edib.

2004-cü ildə məlum olub ki, həmin şəxs 20 yetkinlik yaşına çatmayan qıza qarşı da eyni hərəkətləri edib. O, vətənində sübuta yetirilən iki fakta görə məhkəmə qarşısına çıxarılıb və məhkum edilib.

Burje deyib ki, o və yoldaşları kasıb camaatla yemək və ya hər hansı balaca mükafat qarşılığında intim münasibətdə olublar.

Sülhməramlıların seksual qalmaqalları ilə bağlı məsələ əvvəllər də yayımlanıb. Ən böyük qalmaqal 2015-ci ildə baş verib. Həmin vaxt hərbi qulluqçular ərzaq qarşılığında Afrika sakinləri ilə intim münasibətlərə giriblər. Bundan sonra BMT-nin Mərkəzi Afrika Respublikası üzrə nümayəndəsi istefa verib.

Xəbər 1086 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +