İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


02.07.2018  17:32 

“Aygün Kazımovanın hərəkəti araşdırılacaq“ - MTRŞ





A+  A-

Bu gün sosial şəbəkələrdə xalq artisti Aygün Kazımovanın "Zaurla Günaydın” verilişində qonaq olarkən etdiyi qeyri-etik hərəkətlərlə bağlı video yayılıb.
Qeyd edək ki, verilişdə qonaq olan müğənni formada qalmasının sirrini tamaşaçılarla bölüşmək üçün divana çıxıb və məşqçisindən öyrəndiyi hərəkətləri təkrarlamağa başlayıb.

Onun bu hərəkətləri əksər sosial şəbəkə izləyiciləri tərəfindən tənqidlə qarşılanıb, "bunlar nə yeyir, nə içir...” deyə şərhlər bildirilib. Bir çoxları isə məsələ ilə bağlı televiziya rəhbərliyini qınayıb və bu cür biabırçı kadrların efirdə yayımlanmasının yolverilməz olduğunu deyiblər.

XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı musavat.com-un əməkdaşı Milli Televiziya və Radio Şurası (MTRŞ) rəsmilərinin mövqeyini öyrənməyə çalışıb. MTRŞ-nın rəsmisi Toğrul Məmmədov məsələ ilə bağlı araşdırılma aparılacağını bildirib:

"Əgər kadrlar ictimaiyyətdə qıcıqla qarşılanıbsa, ictimai narazılıq mövcuddursa, əlbəttə ki, MTRŞ bununla bağlı tədbirlər görür. MTRŞ cəmiyyətin maraqlarını qoruyur. Dəfələrlə bu cür mövzularda müzakirələr aparılıb, tədbirlər görülüb. Lakin konkret olaraq, yenə də bu cür problemlər var, belə hallar mütəmadi təkrarlanır. Bu cür məsələləri teleyayımçı işləməlidir, yəni, birbaşa televiziya rəhbərliyi məsuliyyət daşıyır. Ona görə də yayımçı bu cür hərəkətlərə yol verməməlidir.
Adətən, efirdə bu cür olaylar olanda həmin kadrlar bir gün sonra monitorinqə verilir və nəticələri ilə bağlı müzakirələr aparılır. Aygün Kazımovanın hərəkətləri ilə bağlı kadrlar əgər, bu gün yayımlanıbsa, sabah bununla bağlı monitorinq şöbəsi nəticələri bizə təqdim edəcək və biz də araşdırıb, məsələyə baxacağıq”.

Xəbər 920 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +