İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


29.06.2018  14:18 

Büdcəyə nə dəyişiklik olacaq?





A+  A-

Milli Məclisin bu gün keçirilən son-növbədənkənar plenar iclasında "Büdcə sistemi haqqında" qanuna dəyişikliklərlə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb.
XəzərNews.az xəbər verir ki, spiker Oqtay Əsədov öncə bildirib ki, büdcə ilə bağlı digər layihələrin müzakirəsi bitib:

"Ona görə gəlin Samir müəllimi gözlətməyək, o, məlumat versin" -deyən, spiker sözü qaun layihəsi haqda məlumat vermək üçün maliyyə nazairi Samir Şərifova verib.

Maliyyə naziri də dəyişikliklər barədə danışıb.

Sənəd fiskal qaydaları, o cümlədən neft gəlirlərindən səmərəli istifadə ilə bağlı qaydaları müəyyən edir, makroiqtisadi sabitliyin, eləcə də maliyyə və borc intizamının təmin edilməsi üçün çərçivə formalaşdırır.

Qanun layihəsinə əsasən, dövlət büdcəsinin gəlirlərini təmin edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sorğusu əsasında büdcə təşkilatları növbəti il və sonrakı üç il üçün büdcə-vergi siyasətinin əsas istiqamətlərinə dair təkliflərini və büdcə qaydasının hesablanması üçün tələb olunan məlumatları mart ayının 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməlidir.

Dəyişikliyə əsasən büdcə qaydasına uyğun icmal büdcənin xərclərinin yuxarı həddi də hesablanacaq.
Qeyd edək ki, təklif olunan dəyişikliyə əsasən büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Qeyd edək ki, “Büdcə sistemi haqqında” qanunun 11-1-ci, yəni büdcə qaydası maddəsi 2019-cu ilin dövlət büdcəsi layihəsinin tərtibi prosesindən etibarən tətbiq olunacaq.

Müzakirələr açılmadan "Büdcə sistemi haqqında" qanuna dəyişiklik də qəbul edilib.

Xəbər 1019 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +