İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


30.05.2018  16:32 

Sədr qız valideynlərindən narazılıq etdi





A+  A-

Azərbaycan cəmiyyətində "qadın və kişi ixtisasları" stereotipləri üzündən tələbə qəbulu ilə bağlı bəzi problemlər yaranır. Azərbaycanda qızlar riyaziyyat müəllimliyinə sənəd verirlər, amma mühəndisliyi seçmirlər.
XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş Qadınların V Forumu çərçivəsində keçirilən panel iclasında deyib.

O bildirib ki, regional ali məktəblərdə müəllimlik ixtisası üzrə təhsil alanların 80-100 faizi qızlar olur:

"Burada başqa bir stereotiplər də var. Qızlar yüksək nəticələr toplasa da, valideynlər onları böyük şəhərlərə göndərmirlər. Çünki istəyirlər ki, qızları gözlərinin qabağında olsun. Dəniz Akademiyasının tələbələrinin 99,9 faizi oğlandır. Bu akademiyaya qəbul qaydalarında yazılıb ki, oraya yalnız oğlanlar qəbul olunur. Keçən il bir qız kapitan olmaq istəyirdi. Buna görə də Dəniz Akademiyasına qəbul üçün bizə müraciət etdi və bildirdi ki, onun Konstitusiya hüquqları pozulur, onu niyə qəbul etmirlər. Mən akademiyanın rəhbərliyinə müraciət etdim. Keçən il yalnız o qız yüksək balla Dəniz Akademiyasına qəbul olundu. Bizim rəqəmsal bərabərsizliyimiz buradan başlayır. Bu stereotipləri aradan qaldırmalıyıq".

Xəbər 829 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +