Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada


23.12.2017  14:43 

“İlham Əliyevin prezident seçilmək şansı yüksəkdir”





A+  A-

“Gələn ilin oktyabrında ölkəmizdə prezident seçkiləri keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyevin yüksək seçilmək şansı var. Əminik ki, biz növbəti dekabr konfransını Prezident İlham Əliyevin qələbəsi kimi qeyd edəcəyik”.
XəzərNews.az Modern.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini, YAP sədrinin müavini - icra katibi Əli Əhmədov bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə keçirilən "Şərqlə Qərbin qovşağında yeni enerji və kommunikasiya imkanları" adlı konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycan qlobal layihələrin reallaşmasında böyük rola malikdir:

"Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilən "Əsrin Müqaviləsi"nin müddətinin uzadılması ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq nüfuzumuzun artması bu layihələrin dividentləri sayıla bilər".

Ə.Əhmədov bildirib ki, Azərbaycanın malik olduğu üstünlükdən Prezident İlham Əliyev məharətlə istifadə edir:

"Beləliklə, qlobal layihələrin həyata keçirilməsi həm iqtisadi dividentlər gətirir, həm də ölkəmiz bütün dünyanın enerji kommunikasiya mərkəzinə çevrilir. Bununla da Azərbaycanın dünyada mövqeyi əhəmiyyətli şəkildə artmış olur".

Xəbər 1009 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.05.2024  11:31 

İrakli Şotadze istefa verib

22.05.2024  16:08 

Tanınmış alim vəfat etdi

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +