İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


16.11.2017  16:21 

Güzəştli mənzil almaq istəyənlər üçün daha bir YENİLİK





A+  A-

Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) güzəştli mənzillərin satışına başlanılmasına hazırlıq məqsədilə Agentliyin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksi haqqında məlumatların ətraflı təqdimatı üçün internet səhifəsini istifadəyə verib.
XəzərNews.az xəbər verir ki, Yasamal Yaşayış Kompleksinin www.yasamal.mida.az ünvanında yerləşən internet səhifəsi rahatlığı və funksionallığı, o cümlədən informasiya əldə etmək və komplekslə bağlı yarana biləcək suallara cavab tapmaq üçün asanlığı ilə seçilir.

Səhifəyə daxil olan hər kəs 5 əsas bölmədən ibarət menyu vasitəsilə Yasamal Yaşayış Kompleksinin hər bir binası, mənzillərin daxili və xarici perimetr üzrə sahələri, otaqların sayı, interyer nümunələri, tikinti ərazisinin b planı ilə tanış ola biləcəklər.

Yasamal Yaşayış Kompleksinin layihələndirməsi zamanı xüsusilə diqqət yetirilən amillər, sakinlərin rahatlığı üçün yaradılan şərait, nəqliyyat infrastrukturu, mənzillərin təmiri, istifadə olunan inşaat materialları haqqında ətraflı məlumat əldə etmək mümkündür.
İnternet səhifəsində həmçinin güzəştlə mənzil əldə etmək hüququna malik olan şəxslər, həmin şəxslərin müraciət qaydası, mümkün ödəniş üsulları, MİDA MMC ilə əməkdaşlıq edən agent banklar və vətəndaşları nmaraqlandıran digər zəruri məlumatlar əldə etmək üçün müvafiq səhifələrə keçidlər təqdim olunur.
İstifadəyə verilmiş yeni internet səhifəsi hər kəs üçün Yasamal Yaşayış Kompleksi barədə ətraflı məlumat əldə etmək imkanını təmin edir. Növbəti mərhələdə "Elektron hökümət" portalında "Güzəştli mənzil" sistemində yeni satış modulu istifadəyə veriləcək. Mənzillərin satışı ilə bağlı elan verildikdən sonra "Güzəştli mənzil" sisyemində elektron kabinetə sahib olan vətəndaşlar mənzilləri sistem vasitəsilə seçə biləcəklər.

Xəbər 1331 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +