İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


14.11.2017  17:21 

Dollarla bağlı bəd PROQNOZ





A+  A-

ABŞ Federal Ehtiyat Sisteminin (FED) dekabrın 12-13-də keçirəcəyi növbəti iclasa qədər Türkiyədə dolların məzənnəsinin 4 lirə, Rusiyada isə 60 rubl həddini ötəcəyi gözlənilir.
XəzərNews.az-ın məlumatına görə, "Report"un analitik qrupu bildirir ki, dekabr iclasında FED-in uçot dərəcəsini artırması ehtimalı hazırda 100% təşkil edir. Bu səbəbdən, dolların hazırda qlobal valyuta bazarında ucuzlaşmasına və neftin qiymətinin yüksəlməsinə baxmayaraq Türkiyə və Rusiyada dollar möhkəmlənir.

Analitik qrup xəbər verir ki, hər iki ölkədə dolların möhkəmlənməsi müvəqqəti xarakter daşıyır: "FED-in iclasından sonra dolların hər iki ölkədə ucuzlaşacağı, amma ilin orta qiymətindən bir qədər yuxarı olacağı ehtimal edilir. Türkiyədə yaxın zamanlarda məzənnənin 4,10-4,20 TRY/USD, Rusiyada isə 62-64 RUB/USD səviyyəsinə çatacağı proqnozlaşdırılır. İclasdan sonra və 2018-ci ilin ilk rübündə dolların məzənnəsi müvafiq olaraq 3,90TRY/USD və 59 RUB/USD-yə kimi geriləyə bilər. Lakin 2018-ci ilin sonuna yaxınlaşdıqca, hər iki ölkədə dolların sürətlə bahalaşması və bu trendin 2020-ci ilə qədər davam etməsi ehtimal olunur. 2020-ci ilə qədər Türkiyədə dolların 6 lirə, Rusiyada isə 100 rubl həddini ötməsi istisna edilmir".

Xəbər 1436 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +