İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


14.11.2017  08:42 

Bu tələbələr də kredit ala biləcək





A+  A-

"Maarifçi" Tələbə Kredit Fondu gələcəkdə magistr pilləsində təhsil alanlara güzəştli kreditlər verməyi planlaşdırır.
XəzərNews.az Trend-ə istinadən bildirir ki, fond gələcəkdə magistr pilləsi eyni zamanda, fərqli istiqamətlər üzrə kreditlərin təqdim olunmasını planlaşdırır. Kredit növləri və şərtləri isə hələlik müəyyənləşdirilməyib.

Fonddan qeyd edilib ki, hazırda təhsil haqqı üçün müraciətlərin üstünlük təşkil etdiyini nəzərə alaraq, kreditlərin bu istiqamətdə verilməsinə daha çox diqqət ayırıblar. Növbəti illərdən tələbələrə yataqxana haqqı, tədris materialları, elmi-tədqiqatlar, araşdırma və s. kimi ehtiyac və təyinata görə də kreditlər təqdim etməyi nəzərdə tuturlar.

Fonddan qeyd edilib ki, bu ildən başlayaraq, aztəminatlı ailələrdən olan tələbələrə təhsil haqqı üzrə faizsiz təhsil kreditləri təqdim etməyə başlayıblar. 11 sentyabr - 13 oktyabr 2017-ci il tarixli elan sessiyasında faizsiz təhsil kreditləri 2017-2018-ci tədris ili üzrə təhsil alan, aztəminatlı ailələrdən olan tələbələrə təqdim olunub. Seçim meyarlarına uyğun olan tələbələrlə 41 təhsil krediti müqaviləsi imzalanıb.
Xatırladaq ki, "Maarifçi" Tələbə Kredit Fondu Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycanın dövlət ali təhsil müəssisələri tərəfindən təsis edilib.

Hazırda Fondun kreditləri yalnız təhsil ilə bağlı xərcləri qarşılamaq üçün nəzərdə tutulub. Kredit tələbəyə nağd və ya bank transferi formasında təqdim olunmur. Sadəcə olaraq, Fond tələbənin universitet qarşısında olan təhsil haqqı borcunu uzunmüddət ərzində ödənilməsini təmin edir.

Tələbə aldığı kreditə görə təhsil aldığı müddət ərzində və məzun olduqdan sonrakı güzəşt müddəti ərzində hər hansı bir faiz və ya əsas məbləğ ödənişi həyata keçirmir.

Xəbər 1089 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +