İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


11.10.2017  19:17 

Mahmudovun əmisi oğlunun bəraət istəyi rədd edildi





A+  A-

Sabiq Milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu İlham Mahmudovun barəsindəki apellyasiya qərarından kassasiya şikayəti üzrə qərar verilib.
Vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən İ.Mahmudov “Azərtürkbank” ASC-nin Bakı filialının müdiri olub.

O, qardaşı Vüqar Mahmudovun həyat yoldaşı Nuranə Mahmudovanın adına hesab açaraq 103 min manat köçürüb. Qardaşı İlqar Mahmudovun adına 10 min dollar, onun həyat yoldaşı Fatma Mahmudovanın adına illik 2 faiz ödənməklə 45 min avroluq hesab açıb. Öz həyat yoldaşı Kəmalə Mahmudovanın hesabına 1100 manat mədaxil edib. İ.Mahmudov bütün hesabları özü idarə edib.

Qardaşı Vüqar Mahmudovun sürücüsü Nicat Məmmədovun xəbəri olmadan onun da adına hesab açaraq Nuranə Mahmudovanın adına köçürülmüş 1 milyon 530 min dolları onun vasitəsilə qanunsuz olaraq çıxarıb. İlham Mahmudov 2015-ci ilin noyabrında məsuliyyətə cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

Nəsimi rayon Məhkəməsinin hakimi Elman İsayevin hökmü ilə İlham Mahmudov 1 il müddətinə azadlıqdan məhrum edilib, aldığı cəza həbsdə yatdığı müddətlə eyni olduğundan o, məhkəmə zalından azadlığa buraxılıb.

Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb, Ali Məhkəmədə də aşağı instansiyanın qərarını dəyişməyib. İ.Mahmudovun bəraət tələbi rədd edilib. Həmçinin, dövlət ittihamçısının İ.Mahmudovun cəzasının ağrılaşdırılması haqda protesti də təmin edilməyib.

Qeyd edək ki, yazıda adı keçən Vüqar Mahmudov sabiq nazir E.Mahmudovun köməkçisi olub və İ. Mahmudovun qardaşıdır. İlqar Mahmudov isə Səbail Rayon Polis İdarəsinin rəisi olub.

(qafqazinfo.az)

Xəbər 880 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +