İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


04.10.2017  16:51 

20 yaşlı gəncə təcili kömək lazımdır: “Qarşıda çox böyük arzularım var“ + FOTOLAR





A+  A-

Ağdaş rayonunun Tofiqi kəndindən olan Əlifov Mahir Zaur oğlu bir müddətdir ki ciyər serrozundan əziyyət çəkir.
XəzərNews.az xəbər verir ki, 20.10.1997-ci ildə anadan olan Mahir Əlifov 2017-ci ildən etibarən ciyər serrozuna yoluxub. Müxtəlif vaxtlarda orqanizmasında meydana gələn soyuqlamalar nəticəsində yaranan bu xəstəlik onun yaşıdları kimi hərəkət etməsinə, təhsil almasına, hətta normal qidalanmasına da imkan vermir. Mahir bildirir ki, hazırda onun ən böyük arzusu tez bir zamanda sağlamlığına qovuşmaq və normal həyat tərzi sürməkdir: "Mən də ailəmlə gözəl vaxt keçirmək, dostlarım və həmyaşıdlarımla birlikdə gəzmək və sağlam həyat tərzi sürmək istəyirəm. Mənim hələ 20 yaşım var. Qarşıda çox böyük arzularım var. Ümid edirəm ki, əməliyyatım üçün lazım olan məbləğ yaxın zamanda tapılacaq və mən bu amansız xəstəlikdən qurtularaq digər sağlam insanlar kimi xoşbəxt yaşayacam".
Qeyd edək ki, Mahir sağlamlığına qovuşmaq üçün xeyirxah və yardımsevər şəxslərdən kömək gözləyir.

Mahir Əlofova yardım etmək istəyən şəxslər aşağıdakı mobil telefonlarla əlaqə saxlaya bilərlər:

(+99451) 463 22 82

(+99451) 614 18 36












Xəbər 4140 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +