İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


07.07.2017  13:28 

“İşğalçı beynəlxalq hüququn tələblərinə əhəmiyyət vermir” - Əlisahib Hüseynov





A+  A-

“Ermənistanın Azərbaycanın mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə Konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır”.
XəzərNews.az bildirir ki, bu barədə açıqlamanı Azadinform-a Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov verib.
Ə.Hüseynov bildirib ki, Ermənistan silahlı qüvvələrinin iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində mülki əhalini və yaşayış məntəqələrini artilleriya qurğuları, minaatanlar və digər iriçaplı silahlardan intensiv atəşə tutması nəticəsində 18 aylıq Zəhra Quliyeva və nənəsi Sahibə Quliyevanın həlak olması ilə bağlı bir çox beynəlxalq təşkilatlara müraciət ünvanlamışıq: “İngilis və fransız dillərinə tərcümə olunaraq bir neçə beynəlxalq təşkilata ünvanlanan müraciət həmçinin partiyamızın fəalları, gənclər təşkilatının üzvləri tərəfindən tvitlər və sosial şəbəkələrin digər imkanlarından istifadə edilərək yayılır.”
DADP sədri bildirib ki, bu hadisə bir daha sübut edir ki, işğalçı Ermənistan beynəlxalq hüququn tələblərinə, beynəlxalq təşkilatların çağırışlarına heç bir əhəmiyyət vermir: “Alxanlıdakı terror Sarkisyan rejiminin qaniçən mahiyyətini, Azərbaycan xalqına qarşı düşmənçilik münasibətini, xüsusən də onun uşaq qatili olduğunu növbəti dəfə əyani şəkildə nümayiş etdirdi. Bu, Sarkisyanın Azərbaycana qarşı birinci barbar hərəkəti deyil. O, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə də Xocalı şəhərində azərbaycanlılara qarşı törədilən soyqırımın bilavasitə iştirakçısı olub. Həmin vaxt amansızlıqla qətlə yetirilənlərdən 63-ü məhz azyaşlı uşaq olub. Təbii ki, bütün bunlar beynəlxalq təşkilatlara ünvanladığımız müraciətdə öz əksini tapıb. Ümid edirik ki, dünya ictimaiyyəti, Avropa Şurası, BMT üzvü olan ölkələr, xüsusən də Təhlükəsizlik Şurasının daimi üzvü olan böyük dövlətlər qeyd olunan faktlara layiqli qiymət verəcək, uşaq qatillərinə təzyiqlərini artıracaqlar”.

Xəbər 1375 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +