İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


23.05.2017  18:54 

Almaniya prezidenti İlham Əliyevə məktub göndərib





A+  A-

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
XəzərNews.az bildirir ki, təbrikdə deyilir: "Cənab Prezident. Milli bayramınız - Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm.
Bu il bizim ölkələrimiz diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünü qeyd edirlər. Təxminən iki yüz il əvvəl ilk şvab mühacirləri bugünkü Azərbaycanın ərazisində məskunlaşmışlar. Bu yubileylər bizə ölkələrimiz arasında münasibətləri inkişaf etdirmək və genişləndirmək üçün stimul verəcək.

Yeni tərəfdaşlıq sazişinə dair danışıqlar vasitəsilə Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərini yeni bünövrə üzərində qurmağa hazır olmağını alqışlayıram. Almaniya bu yolda ölkənizin etibarlı tərəfdaşı olaraq qalacaq.
Sizə ən xoş arzularımı çatdırır, Azərbaycan xalqına sülh və rifah dolu xoş gələcək diləyirəm".

Xəbər 882 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +