İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


17.05.2017  14:28 

Türk generallar Almaniyadan sığınacaq istəyib





A+  A-

Mayın 15-də Türkiyə ordusunun 2 generalı Almaniyadan sığınacaq istəyib.
XəzərNews.az-ın “Bild” qəzetinə istinadən verdiyi məlumata görə, generallar Frankfurt hava limanında sığınacaqla bağlı müraciət ediblər. Generalların Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqəli olmaqda şübhəli olduqları bildirilib. Müraciətin ilkin araşdırılmasından sonra onların Giessen bölgəsində müvəqqəti sığınacağa göndəriləcəyi gözlənilir.

Generalların adı açıqlanmır.

Qeyd edək ki, Türkiyə 15 iyul hərbi çevriliş cəhdindən sonra FETÖ ilə əlaqəli xeyli sayda hərbçiyə Almaniyada sığınacaq verilməsinə sərt reaksiya göstərib. Bu günlərdə Türkiyə Almaniya parlamentinin üzvlərinin İncirlik hərbi hava bazasındakı alman əsgərlərə baş çəkməsinə icazə verməyib. Almaniya baş naziri Angela Merkel bununla əlaqədar alman əsgərlərin İordaniya və digər ölkələrdəki hərbi bazaralara yerləşdirilə biləcəyini bəyan edib.

Xəbər 1116 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +