İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


02.05.2017  10:43 

Bərdədə aşkarlanan at əti zərərsizləşdirildi





A+  A-

Xəbər verdiyimiz kimi, 27 aprel 2017-ci il tarixində alınmış məlumat əsasında Bərdə Rayon Polis Şöbəsi və Bərdə Rayon Baytarlıq İdarəsinin əməkdaşlarının iştirakı ilə qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədi ilə Bərdə rayonu Qasımbəyli kənd sakini Quliyev Hamlet Əli oğluna məxsus xüsusi əraziyə baxış keçirmişlər. Baxış zamanı ərazidə qeyri-qanuni, antisanitar şəraitdə, gizli şəkildə kəsilmiş, şaqqalara ayrılmış 1 baş at cəmdəyi və heyvan kəsimi üçün lazım olan ləvazımatlar aşkar olunmuşdur.
XəzərNews.az bildirir ki, aşkar edilən , şaqqalara bölünmüş hissələrdən baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Qasımbəyli kənd sakini Quliyev Hamlet Əli oğluna məxsus xüsusi ərazidə aşkar edilən ümumi çəkisi 125 kq olan şaqqalara bölünmüş at cəmdəyindən götürülən nümunələrin müayinələri başa çatana kimi saxlama kamerasına yerləşdirilib.
Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən götürülən nümunələrdə bakterioloji çirklənmə (BÇQB, salmonella abortus equi) aşkar edilmişdir. Biokimyəvi müayinələrin nəticəsinə əsasən həmin nümunələrin aqoniya vəziyyətində və ya öldükdən sonra (leş əti) kəsilmiş at əti olması müəyyən edilib.
Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticəsi nəzərə alınaraq insan səhhətinə ağır zərər yetirən, bakterioloji çirklənməyə məruz qalan, aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş, Qasımbəyli kənd sakini Quliyev Hamlet Əli oğluna məxsus xüsusi ərazidə aşkarlanan, müayinələri başa çatana kimi saxlama kamerasına yerləşdirilmiş şaqqalara bölünmüş at cəmdəyinin zərərsizləşdirilməsinə qərar verilib.
Qərara uyğun olaraq mayın 1-də aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş at cəmdəyi baytarlıq mütəxəssislərinin nəzarəti altında Bərdə rayonundakı məişət tullantıları poliqonunda xüsusi ayrılmış ərazidə aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun olaraq zərərsizləşdirilib.
Ekspertizaların nəticələri müvafiq araşdırmalar aparan Bərdə Rayon Polis Şöbəsinə göndərilib.





Xəbər 1014 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +