İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


13.03.2017  17:24 

Ömürlük məhkumlar da əfv ediləcəkmi...





A+  A-

Novruz bayramı ərəfəsində Prezident İlham Əliyevin əfv sərəncamı imzalayacağı, 400-ə yaxın insanın ölkə başçısının humanist addımı nəticəsində azadlığa çıxacağı gözlənilir. Əfvə düşəcək məhkumlar arasında ömürlük azadlıqdan məhrum edilmiş şəxslərin olacağı ümidləri də var.
Qeyd edək ki, bunun üçün Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsi, ömürlük məhbusların yaxınları Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət ediblər.

Bəs qanun nə deyir? Ömürlüklərin əfvi mümkündürmü?

XəzərNews.az
bildirir ki, Əfv Məsələləri üzrə Dövlət Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a açıqlamasında ömürlük azadlıqdan məhrum edilmiş şəxslərin də əfvə düşə biləcəyini qeyd edib:
“Azadlıqdan məhrum edilən şəxsin əfv edilməsi prezidentin müstəsna hüququdur. İstənilən şəxs əfv üçün prezidentə müraciət edə bilər.
Praktika göstərir ki, əvvəllər Azərbaycan Respublikasında da ömürlük azadlıqdan məhrum edilən şəxslər ölkə başçısı tərəfindən əfv edilib. İndiyə qədər Rəhim Qazıyev, Sürət Hüseynov, eyni zamanda Əlikram Hümmətovun əfvə düşməsi baş verib.
Komissiyanın əsasnaməsinə uyğun olaraq, Azərbaycanda ömürlük azadlıqdan məhrum edilmiş şəxslər, cəzasının 10 ildən artığını çəkəndən sonra əfv üçün müraciət etmək hüququna malikdir. Ömürlük azadlıqdan məhrum edilən şəxslər əfv olunan zaman, onların cəzasının 25 ildən artıq olmayan azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənməsi mümkündür. Qanunvericilik bu hüququ tanıyır”.

Hüquqşünas deyib ki, hazırda ölkəmizdə 200-dən çox ömürlük azadlıqdan məhrum edilmiş şəxs var:

“O şəxslər ömürlük azadlıqdan məhrum olunur ki, onlar ağır və xüsusilə ağır cinayət törədir; kütləvi qətllərdə iştirak edir; dövlətə xəyanətdə ittiham olunur; ölkə başçısına qarşı casusluqda, terrorizm hərəkətlərində iştirak edir. Hazırda Azərbaycanda 200-dən artıq şəxs ömürlük azadlıqdan məhrum edilib. Onların bəziləri ölüm cəzasına məhkum olunmuşdu. 1998-ci ildə ölüm cəzası ləğv edildikdən sonra onların cəzası ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib.
Həmin şəxslərin əfv üçün müraciət etmək hüququ var. Amma əfv olunub-olunmayacaqları Prezidentin səlahiyyətində olan məsələdir”.

Novruz bayramı ərəfəsində imzalanması gözlənilən əfv sərəncamı üçün ömürlük azadlıqdan məhrum edilmiş şəxslərin müraciətinə gəldikdə, Ə.Nuriyev onların adının açıqlanması üçün şəxslərin razılığının olmasının vacibliyini vurğulayıb.

“Əvvəldən hansısa fikir söyləmək çətindir. Kimin azadlığa çıxacağını Prezident müəyyən edəcək. Bunlar arasında ömürlük azadlıqdan məhrum edilmiş şəxslər də ola bilər. Çünki müraciət edənlər müxtəlif kateqoriyadan olan şəxslərdir. Həmin müraciətlərə də ayrı-seçkilik edilmədən baxılıb”.

Xəbər 1924 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +