İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


24.02.2017  11:02 

Azərbaycan sığorta qanunvericiliyinə dəyişikliklər edəcək





A+  A-

“Azərbaycanda "Maliyyə bazarının tənzimlənməsi və nəzarəti haqqında" qanun layihəsi üzərində aparılan iş başa çatmaq üzrədir".
XəzərNews.az xəbər verir ki, bunu Bakıda Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), İsveçrənin İqtisadi Əməkdaşlıq üzrə Dövlət Katibliyi (SECO) və Dünya Bankının (WB) təşkilatçılığı ilə həyata keçirilən “Maliyyə sektorunun müasirləşdirilməsi Layihəsi"nin II fazasının təqdimatında Palatanın Direktorlar Şurasının (DŞ) sədri Rüfət Aslanlı deyib.
Onun sözlərinə görə, WB-nin missiyasının Azərbaycana səfəri çərçivəsində layihə ilə bağlı müzakirələr aparılıb: “Bu həftə ərzində qanun layihəsi ilə bağlı gərgin işləmişik, ümid edirəm ki, bu missiya çərçivəsində onu daxili müzakirəyə təqdim edəcəyik”.
Bundan başqa R.Aslanlı qeyd edib ki, dayanıqsız vəziyyətə düşən bankın lisenziyasının ləğv edilməsindən öncə səhmdarları hesabına sağlamlaşdırılması ilə bağlı qanun layihəsi üzərində də işlər davam etdirilir.
MBNP sədrinin sözlərinə görə, bu il Azərbaycanın sığorta qanunvericiliyində də dəyişkliklər olacaq: “2016-cı ildə əsasən bank sektorunun stabilləşdirilməsinə yönəlmişdik. Amma bu il sığorta bazarında da əhəmiyyətli təşəbbüslərlə çıxış edəcəyik, qanunvericiliyə dəyişikliklər edəcəyik. Çünki sığorta bazarı da uzunmüddətli yığım və investisiya elementlərini özündə birləşdirir”.
"Bundan başqa, Azərbaycanda ödəniş sistemlərinin fəaliyyətini tənzimləyəcək qanun layihəsi üzərində də iş gedir. Bu layihə də ilkin olaraq hazırlanıb, bu il onu parlamentə təqdim etməyə çalışacağıq”, - deyə R.Aslanlı qeyd edib.
Palata rəhbəri həmçinin bildirib ki, 2017-ci ildə qeyri-işlək aktivlərlə bağlı bir sıra qanunlara dəyişiklik edilməsi gözlənilir: "Yəqin ki, müflisləşmə və iflas haqqında, məhkəmə qərarlarının icrası ilə bağlı qanunlara dəyişiklik ediləcək".

Xəbər 3635 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +