Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada


05.03.2024  11:34 

Abbas Abbasov dovşan təsərrüfatı ilə məşğuldur





A+  A-

Azərbaycan Respublikası Baş nazirinin keçmiş birinci müavini (1992–2006) 74 yaşlı Abbas Abbasov hazırda Moskvada dovşan təsərrüfatı ilə məşğuldur.

Xəzərnews.az xəbər verir ki, bu barədə Avropada yaşayan araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

“O bir vaxtlar Azərbaycanda siyasi proseslərə nüfuz etmək istəyən keçmiş “Milyarderlər İttifaqı”nın başçısı olub, 2007-ci ildən Rusiya paytaxtında maliyyə, sığorta və pensiya xidmətləri göstərən “İŞGÜZAR ƏMƏKDAŞLIQ” FONDUNUN rəhbəridir.

2021-ci ilin iyulun 9-dan isə 10 faizlik payla Moskvada “TİMOXİNO FERMER TƏSƏRRÜFATI” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçilərindən biridir.

Təsərrüfatın hüquqi ünvanı Moskva vilayətinin Yrəeqorovs şəhəri, Tİmoxino kəndi göstərilir. Təsnifata görə fermer təsərrüfatı dovşan əti istehsalı ilə məşğuldur.

Müəssisənin internet səhifəsində (https://timokhino.ru/) qeyd olunur ki, Abbasova və ortaqlarına məxsus təsərrüfatın qablaşdırdığı məhsullar Moskvanın Bolşaya Çeryomuşkinskaya küçəsindəki RİO Ticarət Mərkəzində (Buxta pavilyonu) topdan satılır.

“TİMOXİNO FERMER TƏSƏRRÜFATI” üzərindən Abbas Abbasov və ortaqları 2021-ci ildə Rusiyada topdan ət və ət məhsulları satışı ilə məşğul olan “POL’ZA EDY” LLC-ni də təsis edib.

Onların təsərrüfat üzərindən təsis etdiyi digər şirkət isə heyvandarlıq təsərrüfatı ilə məşğul olan “XOLDİNQ MİRNIY” Məhdud Məsuliyyətli Cəmiyyətidir”.


Xəbər 760 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.05.2024  12:35 

Sabahın havası açıqlandı

23.05.2024  11:31 

İrakli Şotadze istefa verib

22.05.2024  16:08 

Tanınmış alim vəfat etdi

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO


BÜTÜN XƏBƏRLƏR +