Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


01.05.2023  17:12 

Tikinti işlərinin aparılmasına görə cərimələr artırılır





A+  A-

Xəbər verdiyimiz kimi, özbaşına tikinti işlərinin aparılmasına görə cərimələr artırılır.

XəzərNews.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilən tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə, fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə cərimələnəcək. Həmçinin eyni əmələ görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə ediləcək.

İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni müvafiq maddəyə əsasən, barəsində məlumatlandırma icraatı tətbiq edilən, lakin tikinti işlərinin başlanmasına Şəhərsalma və Tikinti Məcəlləsinin məlumatlandırma icraatı olmadan tikinti obyektlərinin tikintisinə görə fiziki şəxslərə xəbərdarlıq olunacaq və ya onlar 300 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 15 min manatdan 25 min manatadək məbləğdə cərimə ediləcək. Nəzərdə tutulmuş inzibati xətaya görə inzibati məsuliyyət bu maddə qüvvəyə mindikdən sonra tikintisinə başlanmış tikinti obyektlərinə münasibətdə yaranacaq.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Bakupost.az -a açıqlamasında bildirib ki, özbaşına tikinti işlərinin aparılmasına görə cərimələmə tikinti mərhələsində həyata keçirilirsə, bu gələcəkdə qanunsuz evlərin sayının artmamasına müəyyən qədər təsir edə bilər. Əgər bu cərimələr artıq tikilən fərdi yaşayış evlərinə də şamil ediləcəksə, bu, məsələyə düzgün yanaşma deyil:

“Qeyd edim ki, hazırda Bakı və Abşeronda çıxarış ala bilməyən yüz minlərlə tikili var. Onların hətta dəqiq statistikasını belə aparmaq mümkün deyil. Əksər sakinlərdə torpaqların təyinatı fərqlidir. Bir qismi isə torpağı bələdiyyədən alıb və bələdiyyə sərəncamı ilə ev tikib. İndi isə çıxarış ala bilmir. Sən demə, o ərazilər bələdiyyə torpağı deyilmiş. Özbaşına tikinti o demək deyil ki, hansısa bir vətəndaş istədiyi yerdə gedib özünə ev tikir. Hansısa qurumla razılaşır, torpaq alır, tikinti üçün ödəniş edir. Sadəcə, ona satılan torpaq təyinatlı olmadığı üçün son mərhələdə çıxarış ala bilmir. Özbaşına tikinti işlərinin aparılmasına görə cərimələri artırmaqla bu cür qanunsuzluqlara son qoymaq mümkün olmayacaq. Bu vəziyyətdə ən doğru yol sənədsiz evləri qeydiyyata alıb çıxarış verərək onları vergiyə cəlb etməkdir. Sənədləri olmasa da, insanlar həmin evlərdə onsuz da yaşayır, kommunal xərcləri ödəyirlər. Həmin ərazilərdə çıxarışların olmaması səbəbindən vətəndaşlar çox əziyyət çəkir. Ən başlıcası isə bələdiyyə və dövlət büdcəsi vergilərdən yararlana bilmir. Çıxarış olmalıdır ki, bu sənəd üzərindən bələdiyyə vergi toplaya bilsin. Hesab edirəm ki, məsələyə bu prizmadan baxılmalıdır”.

Xəbər 563 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +