Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


21.10.2021  16:29 

Daha bir müharibə xatirəsi





A+  A-

Bir əsgərimiz vardı, Ramin adlı. Ordu diliylə desək, "səfərbərlik yox, daimi heyət"də idi. Boyu balaca olduğu üçün "Malış" deyirdilər. Çantasında "yüz illik" ehtiyat olurdu, corabdan tutmuş konservədək. İstəyəndən də heç nə əsirgəmirdi.

Bax bu balacaboy, amma gülərüz və geniş qəlbli əsgər balanın bircə "eybi" aydın olmayan danışığıydı. Deyirdim ki, ay Ramin, səni başa düşmək üçün bizə tərcüməçi lazımdır. Uğunub gedirdi.

Şuşada olduğumuz müddətdə ha çalışdım, bu igid əsgər Çərkəz adlı MAXE-nin adını düz tələffüz etməyi öyrənmədi. Çərkəzə gah Kəpgəz dedi, gah Kərgəz dedi, bircə Çərkəz demədi ki demədi.

Başqa bir əsgərimiz - İdris bir gün gəlib dedi ki, komandir, "Tomata" filan söz deyir. Dedim kim??? Dedi "Tomata". Sonradan başa düşdük ki, İdris Tank əleyhinə taqımın əsgərini nəzərdə tutur. Həmin əsgər mülki həyatda arada tamadalıq etdiyi üçün əsgərlər onu "Tamada" deyə çağırırdılar. İdris də onu "Tomata" edibmiş.

Hə, bir də bu cür adlarla bağlı "ən yaxşı ad" nominasiyasından söz açım.

Hələ Füzulidə olanda eşitdim ki, Elməddin adlı bir əsgərimizi "Fastum Gelov" adıyla çağırırlar. Başımız elə qarışıq idi ki, orda bunun səbəbini soruşmaq da yada düşmürdü.

Amma Şuşada, artıq hərbi əməliyyatlar dayandıqdan sonra bu "sirr"i də çözdüm. Məlum oldu ki, əsgərimiz Ruhinin nənəsi hələ o hərbi xidmətə gəlməzdən öncə "Fastum gel" məlhəmindən istifadə edirmiş. O da hərbi xidmətdə dostlaşdığı Elməddinə "Fastum Gelov" deyib və bu ad, necə deyərlər, "tutub".

Bax belə idi oralar...

Kədərin içində gülüş, gülüşdəsə kədər vardı. Bu oğulların hamısı ilə fəxr edirəm!

Araz Ağayev

Xəbər 2098 dəfə oxunub.




15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +