Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


16.04.2021  18:16 

Fermerlərə 92,06 faiz subsidiya ödənilib





A+  A-

Kənd Təsərrüfatı Nazirliyi 2020-ci ilin payızlıq əkinlərinə görə fermerlərə subsidiya ödənişlərini davam etdirir.
XəzərNews.az xəbər verir ki, qanunvericiliklə müəyyən olunmuş müddət ərzində Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 341413 fermer öz payızlıq əkinlərini bəyan edib. Daxil etdikləri məlumatlar, o cümlədən torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən sənədləri qaydasında olan 283908 fermerin subsidiya almaq üçün elektron müraciəti sistemdə formalaşıb. Aprelin 15-də daha 15448 fermerə payızlıq əkinlərə görə subsidiya ödənilib və bununla da payızlıq əkinlərə görə subsidiya almış fermerlərin sayı 261375 nəfərə çatıb.

Bugünədək elektron müraciəti EKTİS-də formalaşmış fermerlərin 92,06 faizinə subsidiya ödənişi həyata keçirilib. Digər fermerlərin torpaq və əkin məlumatları ilə bağlı monitorinqlər davam edir. Monitorinq və qiymətləndirmələr “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq çarpaz (elektron bəyannamə məlumatlarının Subsidiya İnformasiya Sistemində olan digər məlumatlarla üzləşdirilməsi), yerüstü müşahidə (peyk ilə və digər texniki imkanlarla əkinlərin və çoxillik əkmələrin müəyyən edilərək, elektron bəyannamə məlumatları ilə üzləşdirilməsi) və yerində müşahidə (seçmə üsulu ilə əkinlərin aparıldığı yerlərdə DAİM mütəxəssislərinin nəzarət və qiymətləndirmə tədbirlərini həyata keçirməsi) üsulları ilə aparılır.

Monitorinqlər başa çatmlış sahələr üzrə fermerlərin adları subsidiya ödəniş qrafikinə daxil edilir və monitorinq zamanı torpaq sənədləri və əkin məlumatları ilə bağlı problem aşkarlanmayan fermerlərə subsidiya ödənişləri intensiv qaydada həyata keçirilir.

Subsidiya qaydalarına uyğun olaraq, ödənişlər fermer kartlarına 25% nağdlaşdırıla bilən və 75% nağdsız hissə şəklində ödənilib. Fermerlər subsidiyanın nağdlaşdırıla bilinməyən hissəsi ilə gübrə, pestisid, toxum və ting təchizatçılarından təsərrüfatlarına lazım olan məhsulları POS-terminal vasitəsilə ödəniş etməklə əldə edə bilərlər. Subsidiya qaydalarında edilmiş son dəyişikliyə görə, fermerlər təsərrüfatları üçün gübrənin tam dəyərini “Fermer kartı” ilə nağdsız ödəmək imkanı qazanıblar.

Xəbər 1588 dəfə oxunub.




14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib


BÜTÜN XƏBƏRLƏR +