Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


14.04.2021  13:22 

Payızlıq əkinlərə görə subsidiya alan fermerlərin sayı açıqlandı





A+  A-

Kənd Təsərrüfatı Nazirliyi 2020-ci ilin payızlıq əkinlərinə görə fermerlərə subsidiya ödənişlərini davam etdirir.
XəzərNews.az xəbər verir ki, monitorinq nəticələrinə uyğun olaraq müraciətləri təsdiqlənmiş daha 17,929 fermerə əkin subsidiyası ödənilib. Bununla da müvafiq dövrdə payızlıq əkinlərə görə subsidiya almış fermerlərin sayı 245927 nəfərə çatıb. Ümumilikdə 335 min nəfərdən artıq fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 2020-ci il üzrə payızlıq əkinləri bəyan edib və onlardan torpaq sənədləri təsdiqlənən fermerlərin subsidiya müraciəti qəbul edilib.

Subsidiya almaq üçün elektron müraciəti təsdiqlənmiş fermerlərin sahələrində aparılan monitorinqlər başa çatmaq üzrədir. Torpaq sənədləri və əkin bəyanları ilə bağlı şübhələr yaranan fermerlərin sahələri monitorinqlərə cəlb olunur.

Monitorinq və qiymətləndirmələr “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Prezidentinin müvafiq Fərmanına uyğun olaraq çarpaz (elektron bəyannamə məlumatlarının Subsidiya İnformasiya Sistemində olan digər məlumatlarla üzləşdirilməsi), yerüstü müşahidə (peyk ilə və digər texniki imkanlarla əkinlərin və çoxillik əkmələrin müəyyən edilərək, elektron bəyannamə məlumatları ilə üzləşdirilməsi) və yerində müşahidə (seçmə üsulu ilə əkinlərin aparıldığı yerlərdə DAİM mütəxəssislərinin nəzarət və qiymətləndirmə tədbirlərini həyata keçirməsi) üsulları ilə aparılır. Fermerlərin əkin bəyanları təlimatlara uyğun olaraq yoxlanıldıqca, subsidiya ödənişləri həyata keçirilir.

Subsidiya qaydalarına uyğun olaraq, ödənişlər fermer kartlarına 25% nağdlaşdırıla bilən və 75% nağdsız hissə şəklində ödənilib. Fermerlər subsidiyanın nağdlaşdırıla bilinməyən hissəsi ilə gübrə, pestisid, toxum və ting təchizatçılarından təsərrüfatlarına lazım olan məhsulları POS-terminal vasitəsilə ödəniş etməklə əldə edə bilərlər. Subsidiya qaydalarında edilmiş son dəyişikliyə görə, fermerlər təsərrüfatları üçün gübrənin tam dəyərini “Fermer kartı” ilə nağdsız ödəmək imkanı qazanıblar.



Xəbər 1903 dəfə oxunub.




14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +