Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


01.08.2018  16:34 

Bakıda maşınlar ucuzlaşıb





A+  A-

2018-ci ilin ötən ayında Bakının avtomobil bazarında orta qiymət 27 084 manat təşkil edib.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru, ekspert Nüsrət İbrahimov deyib.

Ekspertin sözlərinə görə, ötən ayla müqayisədə qiymətlər 10,34 faiz azalıb.

N.İbrahimov bildirib ki, iyun ayında ümumilikdə 155 avtomobil satışa çıxarılıb:

“Ötən ayla müqayisədə avtomobil bazarında təkliflər portfeli 36,5 faiz azalıb. Satışa çıxarılan avtomobillərin 85,9 faizi benzin mühərrikli avtomobillərdir. Bu kateqoriyalı avtomobillərin orta qiyməti 26 882 manat təşkil edib. Dizel mühərrikli avtomobillər bazarın 14,1 faizini təşkil edib, orta qiymət isə 28 314 manat olub. Avtomat sürət qutusu ilə olan avtomobillərin payı 71,44 faiz, orta qiyməti 34 039 manat, mexaniki sürət qutusu olan avtomobillərin payı 28,56 faiz, orta qiyməti 9 690 manat təşkil edib”.

Ekspert bildirib ki, iyun ayında bazardakı avtomobillərin orta yürüş göstəricisi 175,76 min kilometr təşkil edib ki, bu göstərici ötən ayla müqayisədə 2,39 faiz çox olub. Avtomobillərin orta yaşı 12 il olub.

Xəbər 1436 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb


BÜTÜN XƏBƏRLƏR +