Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


25.04.2018  22:43 

“Ermənistanda vəziyyət daha da dramatik hal alıb“ - Elman Nəsirov





A+  A-

Ermənistanda inqilabi proseslərin baş verməsini labüd edən çoxsaylı səbəblər var. İlk növbədə, bu səbəblər onunla bağlıdır ki, Serj Sarkisyanın yaratdığı rejim öz mahiyyəti etibarilə antimilli idi. Eyni zamanda, bu rejimin həyata keçirdiyi siyasət eyni vaxtda iki stulda oturmaq siyasəti idi və öz aqressivliyi ilə seçilirdi.
XəzərNews.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, professor Elman Nəsirov deyib.

Elman Nəsirov Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il sentyabrın 20-də BMT Baş Məclisinin sessiyasında çıxışı zamanı Ermənistandakı vəziyyətlə, Serj Sarkisyan rejimi ilə bağlı söylədiyi bir neçə fikrə diqqəti çəkib. Bildirib ki, Azərbaycan Prezidenti beynəlxalq ictimaiyyətin diqqətinə bir məqamı çatdırıb. O deyib ki, Xocalı soyqırımı kimi bəşəri cinayətə imza atmış şəxslərdən biri hərbi cani - Ermənistan prezidenti Serj Sarkisyan olub. Yəni, bu tədbirdə iştirak edən Serj Sarkisyan olub. Həmçinin qeyd edib ki, bu gün, ilk növbədə, erməni xalqı Serj Sarkisyan rejiminin girovuna çevrilib. Ən çox da bu rejimdən əzab çəkən erməni xalqının özüdür. Bu nöqteyi-nəzərdən, Ermənistanda baş verən inqilabi proseslər Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, xalqın bu girovluqdan azad olunmaq uğrunda mübarizəsi və onun bir nəticəsi kimi dəyərləndirilə bilər. Erməni xalqı gördü ki, Azərbaycan Prezidenti tam həqiqəti ifadə edib, doğrudan da Ermənistan xalqı bu rejimin girovuna çevrilib. Burada daxili və xarici amillər xüsusi rol oynayır. Daxili amillərə gəldikdə, demək olar ki, Ermənistanda rejim mahiyyət etibarilə despotik və orta əsrlər rejimidir. Xalq bu rejimdən canını qurtarmaq istəyirdi. İkincisi, bu rejimin həyata keçirdiyi daxili siyasət ona gətirib çıxardı ki, Ermənistanda iqtisadiyyatın dağılması prosesi özünün pik nöqtəsinə çatdı. Sarkisyanın 10 illik hakimiyyəti dövründə ölkənin xarici borcu 2 milyard dollardan 7 milyard dollara çatdı, əhali xarici banklardan və xarici maliyyə təşkilatlarından asılı vəziyyətə düşüb. Bundan başqa, məhz Serj Sarkisyanın siyasəti sayəsində Ermənistan tam təcrid vəziyyətinə düşüb.

Milli Məclisin deputatı diqqətə çatdırıb ki, Ermənistanın yeritdiyi aqressiv siyasət də özünü göstərməkdədir. Torpaqlarımızın işğal edilməsinə görə Azərbaycan dövləti Ermənistanı həm iqtisadi, həm enerji, həm də nəqliyyat layihələrindən təcrid edib. Buna görə də Ermənistanda vəziyyət daha da dramatik hal alıb. Üçüncüsü, bu vəziyyətin təsiri altında Ermənistan əhalisinin ölkəni tərk etməsi artıq ədədi silsilə ilə deyil, həndəsi silsilə ilə baş verməkdədir. Təsadüfi deyil ki, erməni ziyalıları ölkədəki vəziyyəti “ağ genosid” adlandırırlar. Erməni əhalisinin və xüsusilə gənclərin sabaha heç bir inamı qalmayıb. Sarkisyan 10 il müddətində erməni xalqını illüziyalarla sakitləşdirməyi bacara bildi. O, müəyyən zamanlarda xalqın beynini, düşüncəsini Dağlıq Qarabağ münaqişəsi ilə və məhz bu səbəbdən iqtisadiyyatın inkişaf etməməsi ilə bağlı illüziyalarla yükləyirdi. Lakin Aprel döyüşləri Ermənistandakı bu rejimin bütün mahiyyətini üzə çıxardı və məlum oldu ki, bu, sabun köpüyündən başqa bir şey deyil. Həmçinin erməni ordusunun məğlubedilməzliyi haqqında yaradılmış illüziyalar mifdən başqa bir şey deyil. Ona görə də Aprel döyüşlərindən sonra artıq Dağlıq Qarabağ kartından istifadə etməklə erməni xalqını aldatmaq mümkün olmadı. Bu nöqteyi-nəzərdən, hesab edirəm ki, Ermənistanda bu gün yaşanan inqilabi proseslər, ilk növbədə, Sarkisyan rejiminin yeritdiyi uğursuz daxili siyasət, antimilli siyasət nəticəsində baş verib. Aprel döyüşləri Ermənistanda yaşanan proseslərin katalizatoru rolunu oynadı, əhalinin ona etimadı tamamilə tükəndi. Sarkisyan Aprel döyüşlərindən sonra xeyli generalı vəzifədən uzaqlaşdırdı və onların timsalında indi çox ciddi bir müxalif qüvvə ilə üzləşib. Aprel döyüşlərinin iştirakçıları olan əsgərlər və zabitlər də inqilabi proseslərə qoşulub. Əgər qiymət versək ki, bu gün Ermənistan niyə bu dalana dirənib, hesab edirəm ki, bu, Ermənistanın işğalçılıq siyasəti və onun nəticəsində üzləşdiyi bumeranq effekti ilə bağlıdır. Yəni, nə əkərsən, onu da biçərsən – artıq bu prinsip Ermənistanda işləyir. Ermənistan işğalçılıq siyasəti nəticəsində Azərbaycanın əks-təsir vasitələri ilə üzləşdi. Bunlar Ermənistanın bütün regional layihələrdən kənarda qalmasına gətirib çıxardı. Korrupsioner Sarkisyan rejimi inqilabi şəraiti yetişdirən mühüm amilə çevrildi. Bu gün artıq Sarkisyan erasının bitdiyini söyləmək olar. Bu gün Ermənistanda artıq hakimiyyətin bundan sonrakı taleyi məsələsi gündəmə gəlib. Heç şübhəsiz ki, inqilabın əsas lideri olan Nikol Paşinyanın öz iddiaları var. Nikol Paşinyan artıq son bəyanatlarında bildirir ki, xalq etimad göstəribsə, o, bu dövlətə rəhbərlik edə bilər. Yəni, Nikol Paşinyan baş nazir vəzifəsi iddiasını gizlətmir. Ermənistan qanunvericiliyinə görə indiki halda Ermənistan konstitusiyasının 143-cü maddəsinin ikinci bəndinə əsasən belə olan vəziyyətdə bir həftə ərzində parlamentdə fraksiyalar baş nazirliyə namizədləri irəli sürməlidirlər. Bir həftə ərzində seçkilər keçirilməlidir, yeni baş nazir seçilməlidir. Paşinyanın da mövqeyinə görə, yalnız bundan sonra müvəqqəti hökumətin formalaşması və növbədənkənar parlament seçkilərinin keçirilməsi planı artıq elan edilib. Ermənistan konstitusiyasının 143-cü maddəsinin üçüncü bəndinə əsasən əgər baş nazir seçkilərində heç bir namizədin qələbəsi baş tutmazsa, belə olan vəziyyətdə təkrar seçkilər keçirilir. Təkrar seçkilər nəticəsində isə yeni baş nazir müəyyən edilməlidir. Lakin ikinci cəhd də baş tutmayacağı təqdirdə, ümumiyyətlə, hökumətin buraxılması konstitusiya ilə müəyyən edilib. Lakin inqilabi proseslərin öz qaydaları olur və bir çox hallarda məhz küçədən gələn qanunlar həlledici rol oynayır. İstisna deyil ki, indiki halda Ermənistan hakimiyyətində yenidən toqquşmalar yaranır. O səbəbdən ki, Serj Sarkisyan hakimiyyətdən getsə də, onun Respublikaçılar partiyası bu gün hakimiyyətdədir, parlamentdə çoxluq onların əlindədir. Onlar çalışacaqlar ki, bu imkanlardan istifadə edib parlamentdə yeni baş nazirin seçkisi zamanı öz üstünlüyündən istifadə edib istədikləri namizədi, istisna deyil ki, Karapetyanı hakimiyyətə gətirsinlər. Lakin hadisələrin gedişi göstərir ki, Paşinyan Karapetyanın da hakimiyyətə gəlməsində maraqlı deyil, hətta müvəqqəti olaraq onun baş nazir olmasını istəmir. Paşinyan artıq hiss edir ki, inqilabı o edib, lakin onun meyvələrini başqaları yemək istəyirlər. Bu səbəbdən də artıq Paşinyan yenidən xalqı küçələrə çağırıb inqilabı davam etdirir. İnqilabın məntiqi sonluğa çatdırılması ilə bağlı bu gün Ermənistanda Paşinyan və onun yaxın əhatəsinin bəyanatları səslənməkdədir. Yəni, belə qənaətə gəlmək olar ki, artıq Ermənistanda inqilabi proseslərin ikinci mərhələsi başlayır. Birinci mərhələsi Sarkisyanın hakimiyyətdən uzaqlaşdırılması ilə yekunlaşsa da, parlamentdə məhz onun adamları hakimiyyətdədir. Onlar da baş naziri seçmək hüququna malikdirlər. Bu səbəbdən də Paşinyanın inqilabı axıra kimi davam etdirmək şüarını və xalqı küçələrə yenidən çağırmaq məntiqini anlamaq mümkündür. Eyni zamanda, Paşinyanın əsas niyyəti odur ki, indiki halda, yəni, müvəqqəti hökumətdə əsas güc nazirliklərində öz adamları yerləşsin və özü müvəqqəti baş nazir olsun. Qısa müddət ərzində növbədənkənar parlament seçkiləri keçirilsin və parlament seçkilərində özünün və tərəfdarlarının qalib gəlməsi təmin edilsin, onlar üstün mövqe qazansınlar. Bunun ardınca isə artıq parlamentdə Paşinyanın rəsmən baş nazir seçilməsi baş tutsun. Paşinyanın “yol xəritəsi” kimi artıq mətbuatda Ermənistandakı həmin mövqelər çox geniş yayılıb. Paşinyan da bunu açıq şəkildə deyir, heç bir şey gizlətmir.

Elman Nəsirov bildirib ki, Ermənistandakı proseslər Azərbaycanda da diqqətlə izlənilir. Azərbaycan Ermənistanda hakimiyyətə praqmatik bir siyasətçinin gəlməsində maraqlıdır. O siyasətçi ki, Ermənistanın ağır vəziyyətinin səbəblərini araşdırsın. Səbəblər də birbaşa Ermənistanın yeritdiyi daxili və xarici siyasətlə bağlıdır. İlk növbədə, onun aqressiv siyasəti, Azərbaycan torpaqlarını işğal altında saxlamaq siyasəti ilə bağlıdır. Ermənistan bu siyasəti nə qədər davam etdirir, o qədər də uçuruma yuvarlanır. Ona görə də Ermənistanın yeni hakimiyyətinin ən mühüm analizi onunla bağlı olmalıdır ki, bu səbəblər aradan qaldırılsın. İlk növbədə, işğalçılığa son qoyulsun, Azərbaycan torpaqları işğaldan azad edilsin, bu halda yeni şərait yarana bilər. Yeni şərait isə Ermənistanın Azərbaycanın təşəbbüskarı olduğu çox mühüm regional layihələrdə iştirakı ilə bağlıdır. Ermənistana qarşı iqtisadi, enerji və nəqliyyat blokadası aradan qalxdıqdan sonra Ermənistan xalqı, nəhayət ki, azad nəfəs ala bilər, Ermənistan gənclərinin gələcəyə inamı yarana bilər, insanların ölkəni tərk etməsi prosesinin qarşısı alınar. Bu gün Ermənistana elə bir siyasətçi lazımdır ki, məhz bunu düşünsün. Hesab edirəm ki, Ermənistanda hakimiyyətə gələn yeni qüvvənin Dağlıq Qarabağla bağlılığının olmaması mühüm şərtdir. Yəni, nə Azərbaycan torpaqlarının işğalında, nə də ki, Xocalı soyqırımının törədilməsində iştirakı olmayan bir praqmatik siyasətçinin Ermənistanda hakimiyyətə gəlməsi çox vacib məsələlərdən biridir. Yeni siyasətçinin praqmatikliyi həm də xarici siyasət məsələlərində olmalı, o, müstəqil xarici siyasət həyata keçirməlidir. Beləliklə, qənaətimiz onunla bağlıdır ki, bu gün qonşu dövlətdə çox ciddi kataklizmlər baş verir. Bu gün Ermənistan tarixinin yeni mərhələsi başlayır. Bu mərhələdə Sarkisyanın siyasətinə bənzər siyasətin həyata keçirilməsi Ermənistanın tam məhvi deməkdir. Amma ondan fərqli bir siyasətin həyata keçirilməsi nicat yolu ola bilər. Ermənistanın gələcəyi məhz bununla bağlıdır. Bu, erməni xalqının istəyidir, artıq ictimai bir sifarişdir. Yəni, bu gün Ermənistan bir yol ayrıcındadır: ya Sarkisyan siyasətinin davamı, ya da yeni siyasət. Məhz yeni siyasət Ermənistanın gələcəyini təmin edə, onu düşdüyü bu bəlalardan, ilk növbədə, təcrid vəziyyətindən xilas edə bilər.

Xəbər 2350 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”


BÜTÜN XƏBƏRLƏR +