Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır
Özünü pis hiss edən adam futbol oynamaz... - Hikmət Cavadov
Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO


02.03.2018  12:43 

Yeni “soyuq müharibə“?





A+  A-

Putinin “analoqu olmayan silah düzəltmişik" bəyanatının səbəbləri barədə.
Bu, ən əvvəl diplomatiyanın, ABŞ-la aparılan qapalı danışıqların nəticəsiz qaldığını göstərir.

Yanvar ayının sonlarında Rusiyanın 3 kəşfiyyat orqanı – FSB, QRU və SVR-in rəhbərləri Bortnikov, Korobov və Narışkin Vaşinqtona səfər etmişdilər. Bu, indiyədək görünməmiş bir hadisə idi. İstər həmin səfər zamanı CİA direktoru Pompeonun ABŞ seçkilərinə müdaxilə etmiş haker qrupunun bağlı olduğu QRU-nun rəhbəri Korobov ilə görüşdən imtina etməsi, istər səfərdən sonra baş verənlər (məsələn, ABŞ-ın Suriyada rusiyalı muzdluları bombardman etməsi), istərsə də Putinin bugünkü qəzəbli tonu göstərir ki, sövdələşmə ya baş tutmayıb, ya da ABŞ “dərin dövləti” Trampın iradəsi xaricində bu prosesi baltalamaqla məşğuldur.

Digər səbəblər kimi Amerikanın yeni milli təhlükəsizlik strategiyası və bunun əsasında hazırlanan yeni müdafiə və nüvə strategiyalarında Rusiyanın əsas hədəflərdən biri kimi göstərilməsi, 2019-cu maliyyə ili üçün 716 milyard dollar həcmində yeni hərbi büdcə müəyyənləşdirilməsi və orada Avropada Rusiyaya qarşı fəaliyyətlər üçün 6,3 milyard dollar ayrılması, ABŞ-ın nüvə arsenalının modernizasiyasına başlaması və məhdud dağıdıcı gücə malik nüvə bombaları hazırlayacağını bəyan etməsi (bununla nüvə silahının tətbiqi riski artır), hətta asimmetrik təhdidlərə belə (kiberhücum) nüvə zərbəsi ilə cavab verə biləcəyini yeni strategiyada elan etməsi, Avropaya nüvə bombası daşıya bilən strateji bombardmançılar yerləşdirməsi, Rusiya sərhədlərində NATO hərbi infrastrukturunun yaradılması, Avropa və Asiyada ABŞ raket hücumundan müdafiə sisteminin qurulması, NATO-nun genişlənmə siyasətini davam etdirməsi, Rusiyaya qarşı sanksiyaların səngimək əvəzinə getdikcə daha da sərtləşdirilməsi və yeni qanun (CAATSA) əsasında ABŞ-ın üçüncü ölkələri də Rusiya ilə iqtisadi, hərbi-texniki sahələrdə razılaşmalardan çəkindirməsi, Ukraynaya müasir silahların verilməsi barədə siyasi qərar, beynəlxalq məhkəmələrin Ukrayna ilə mübahisəli məsələlərdə Rusiya əleyhinə qərar verməyə başlaması və s. məsələləri qeyd etmək olar.

Bütün bunlarla bərabər, Rusiya kosmik sənayesinin ABŞ-ın özəl şirkətindən (SpaceX) geri qalmasının da Rusiya tərəfinin cavab vermək məcburiyyəti hiss etməsində rolu var.

Putini hövsələdən çıxaran əsas amil isə son vaxtlar Rusiyaya təzyiqlərin müəyyən qədər alçaldıcı xarakter almağa başlaması oldu. Suriyada Rusiya vətəndaşlarından ibarət “Vaqner qrupu”na qeyri-proporsional şəkildə (strateji aviasiyanı cəlb etməklə) zərbə endirilməsi, Rusiya idmançılarının Olimpiya oyunlarında ölkənin adı və bayrağı altında çıxışdan məhrum edilməsi, WADA-nın Rusiyanı bundan sonra beynəlxalq idman yarışlarına ev sahibliyi etmək hüququndan məhrum edəcək qərarın qəbuluna hazırlaşması, Argentinada Rusiya hakim dairələrinin əlinin olduğu narkotrafikin üzə çıxarılması, Tunisdə Rusiya silahı və hərbi texnikasını daşıyan gəminin saxlanılması bu qəbildən olan hadisələrdir.

Putin ABŞ-ın konstruktiv niyyətlə masaya əyləşməsinə nail olmağa çalışır. “İndiyədək bizi eşitmirdiniz, artıq eşidin!” şəklində Vaşinqtona ünvanlanan emosional çağırışın mənası budur. Lakin Vaşinqtonda, xüsusən Konqres dəhlizlərində hökm sürən əhval-ruhiyyəni nəzərə alsaq, bu bəyanatın əks effekt doğurması ehtimalının yüksək olduğunu söyləyə bilərik. Gərginliyin daha da artması, o cümlədən Kiçik və orta mənzilli raketlərin ləğvinə dair 1987-ci il tarixli Qorbaçov-Reyqan müqaviləsinin pozulması, Strateji hücum silahlarının ixtisarına dair müqavilənin (SNV-3) uzadılmaması, silahlanma yarışının başlaması tamamilə mümkündür.

Bir sözlə, yeni "soyuq müharibə."

Şahin Cəfərli

Xəbər 5173 dəfə oxunub.




29.03.2024  16:18 

Küləyin sürəti güclənəcək

29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib


BÜTÜN XƏBƏRLƏR +