“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


30.01.2018  09:57 

Saakaşvili ssenarsi bitdimi?..





A+  A-

Ötən il dekabrın son günlərində vəd etdiyi möhtəşəm etiraz aksiyasını təşkil edə bilməyəndən sonra M.Saakaşviliyə ictimai maraq azalsa da Ukrayna məhkəməsinin daha bir qərarı eks-prezidenti yenidən gündəmə gətirib -bu günlərdə məlum oldu ki, Saakaşvilinin ev dustağı edilməsilə bağlı qərar çıxarılıb və qərara görə eks-prezident axşam və gecə saatlarında müəyyənləşdirilmiş konkret ünvanı icazəsiz tərk edə bilməz.
Təbii, burada izah üçün dərin mətləblərə baş vurmağa ehtiyac yoxdur, məqsəd Saakaşvilinin hərəkət imkanlarını məhdudlaşdırmaqdır. Amma artıq ukraynalı politoloqlar da etiraf edir ki, məhkəmənin qərarı tamam əks reaksiya verəcək və Saakaşvilinin populyarlığını bir az da artıracaq. Üstəlik, Saakaşvili özü də bildirib ki, məhkəmənin qərarına əməl etmək fikri yoxdur və bu da bir daha onu deməyə əsas verir ki, bundan sonra da Saakaşvililə bağlı münaqişələr olacaqdır.

Sözsüz, insanları daha çox nəticə maraqlandırır və hamı düşünür ki, görəsən, bütün bu proseslərin axırı nə ilə bitəcək? Doğrusu, lap əvvəldən bizi konkret nəticədən çox proses maraqlandırıb, düşünmüşük ki, bütün hallarda Saakaşvili ümumi prosesə təsir edəcək və oliqarxlara Ukraynanı asan, problemsiz talamağa imkan verməyəcək.

İndi də bu fikirdə qalır və düşünürük ki, Ukrayna bu il seçki keçiriləcək yeganə post-sovet ölkəsidir ki, oradakı prosesləri izləməyə dəyər. Məsələn, bu sözləri Rusiyadakı seçki haqqında demək olmur - V.Putin hətta A.Navalnını seçkiyə buraxmaqdan ehtiyat etdi, görün, başqa güclü namizəd olsaydı, bu adam nələr edərdi?!.

O səbəbdən də ümid edirik ki, ukraynalı oliqarxlara əməlli-başlı tər tökmək lazım gələcək. Saakaşvili də şanslarını real qiymətləndirməyə başlayıbdır və hələ ötən ilin sonlarında bildirdi ki, məqsədi heç də prezident olmaq deyil və o, daha aşağı ranqlı vəzifələrlə də kifayətlənə bilər. Həm də bu məsələdə başqa nüans da var - hazırkı prezident P.Poroşenko da vəzifəyə gələnədək üç prezidenti yola salmalı olmuşdu.

Həm də bizdə bir məsələyə diqqət yetirilmir və yaxud da ki, çox az yetirilir. Hələ sosial-demokratların ideoloqu E.Bernşteyn deyirdi ki, əsas məqsəd deyil, hərəkətdir; daim hərəkət etməklə, kiçik də olsa, etirazlar yaratmaqla da cəmiyyətin və dövlətin inkişafına nail ola bilərik...

Bir də görürsən ki, tək bir adamın etirazı və fəallığı belə cəmiyyətin və hətta hakimiyyətin diqqətini cəlb edə bilir. İndiki post-sovet ölkələrinin ən böyük problemi budur ki, cəmiyyətin böyük hissəsi seyrçidir, özünə əziyyət vermək istəmir, qədim Romada imtiyazlı vətəndaşlar qladiatorların döyüşünə necə tamaşa edirdisə, onlar da azsaylı fəalların hakimiyyətlə çarpışmasını elə seyr edirlər.

Ukraynada bir qədər fərqli vəziyyət hökm sürür - Maydan ruhu burada hələ də yaşamaqdadır. Bunun yaxşı tərəfi də var, pis tərəfləri də. Yaxşısı budur ki, insanların mübarizə əzmi hələ tükənməyib, onlar lazım gələrsə, bir daha çətinliklərə, yuxusuz gecələrə, soyuğa və ya şaxtaya dözməyə hazırdırlar. Pis tərəfisə budur ki, heç də hər şey meydanlarda həll olmur və meydanlar yalnız daha böyük işlərin ərəfəsidir.

Baxın, Ukraynada bir neçə “rəngli inqilab” baş verib və növbətisi də istisna olunmur, ona görə ki, insanlar can atdıqları nəticələri görmürlər. Belə vəziyyət gec-tez “güclü əl”in və yaxud da “dəmir əl”in hakimiyyətə gəlməsinə, avtoritar rejimin bərqərar olmasına gətirib çıxarır. Avropanın parçası (hələ coğrafi mənada!) olsa da, Ukraynada da belə variant istisna olunmur, çünki böyük Fransa İnqilabından başlayaraq (Fransa İnqilabı N. Bonapartı hakimiyyətə gətirdi!) post-sovet ölkələrindəki son dövlərdə baş verən olaylarda belə bu tendensiya təsdiqini tapıb.

Hələlik ukraynalıların yolu bitməyib. Bu ilki seçkilərdən, onların necə aparılmasından tutmuş nəticələrinə qədər bir çox parametrlər proseslərə təsir etmək gücündədir. Ümumilikdə də isə, qeyri-dağıdıcı, əgər bu cür demək mümkünsə, orta amplitudalı etiraz dalğaları ölkəyə hətta fayda da verə bilər. Hazırda Saakaşvili belə dalğanın başında dayanıb və oliqarxların yuxusunu bir az təlx edib. Bir daha deyirik ki, bunun özü də gərəkli işdir.

Vacib deyi, hər etiraz inqilaba gətirib çıxarsın və bütün etirazçı liderlər prezident olsunlar. Əsas prosesdir. Necə ki, A.Smit “Bazarın gizli əli hər şeyi tənzimləyəcək” deyirdi, burada da ərz etmək mümkündür ki, proses olarsa, demokratiyanın da “gizli əl”i özü sahman yaradacaq...


Hüseynbala Səlimov

Xəbər 3887 dəfə oxunub.




18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +