Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
İlham Əliyev Banqladeşin Müstəqillik Günü ilə bağlı təbrik məktubu ünvanlayıb


14.11.2017  13:54 

Ankara və Moskva yeni ittifaq yaradır?





A+  A-

Ötən axşam Rusiya və Türkiyə prezidentləri arasında növbəti görüş olub. Putinin Soçidəki Boçarev Ruçey iqamətgahında baş tutan görüş bağlı qapılar arxasında olmaqla 2,5 saat davam edib.
XəzərNews.az-ın məlumatına görə, görüşdən sonra jurnalistlərin qarşısına çıxan hər iki lider danışıqların uğurla başa çatdığını elan etdi.

“Bizim münasibətlərimiz tam formatda bərpa olunub” – deyə açıqlama verən Putin təkcə 2017-ci ilin 9 ayında ticarət dövriyyəsinin 36% artmasından danışıb.

Ərdoğan isə 2016-cı ildə ticarət dövriyyəsinin 32% azalmasını misal gətirərək, 2023-cü ilə qədər qarşılıqlı ticarət dövriyyəsini 100 milyard dollara çatdırmaq niyyətini xatırladıb və bunun hələ ki yalnız 15 milyard dollar səviyyəsində olmasından gileylənib.

Bununla belə, iki lider enerji layihələrində böyük uğurdan danışıblar. Xüsusən tikilməkdə olan “Türk axını” kəməri və “Akkaya” atom stansiyası bu uğurlar arasında olub.

“Yaxın vaxtlarda “Rosatom” layihənin praktik icrası başlayacaq. İlk reaktoru 2023-cü ildə buraxmaq niyyətimiz var” –deyə Putin bildirib.

Ərdoğan isə Putini bu münasibətlə ölkəsinə səfərə dəvət edib.

Moskva və Ankara Suriya münaqişəsi ilə bağlı da həmrəylik nümayiş etdirib.

“İŞİD-i tam məhv etmək, Suriya dövlətinin ərazi bütövlüyünü təmin etmək əsas məqsədimizdir”.

Rəcəb Tayyip Ərdoğan səfərin xüsusi məqsədlə olmadığını, Qətərə və Küveytə səfər çərçivəsində gerçəkləşdiyini də etiraf edib.

Bu il 6-cı dəfə görüşən iki lider kənd təsərrüfatı sahəsində ikitərəfli məhdudiyyətlərin tam aradan qaldırılmaqda olduğunu bildirsə də, Ərdoğan bəzi məhdudiyyətlərin tam ləğv olunmadığını da təəssüflə qeyd edib.

Ərdoğan ötən il 4,2 milyon nəfər Rusiya vətəndaşının Türkiyədə istirahət etdiyini də xatırladaraq, bu sahədə ciddi irəliləyişin olduğunu bildirib. Bununla belə, Türkiyə lideri viza rejiminin tam aradan qalxmalı olduğunu da Putindən xahiş edib.

Bu fonda iki ölkənin münasibətlərinə “Akkaya” AES-nin tikintisi müəyyən maneələr yarada bilər. Belə ki, layihənin icrası üçün 22-23 milyard dollar vəsait tələb olunur. Rusiya 51% səhmə malik ölkə kimi əsas maliyyəni ayırsa da, Ankaranın ABŞ və yapon investiorları ilə danışıqlar aparmasndan, həmçinin elektrik enerjisinin istehsalından, AES-in tikintisi üçün lisenziyanın verilməməsindən narazıdır.

Türkiyə tərəfi isə “Akkaya”nın istifadəyə verilməsindən sonra Rusiya tərəfinin yaxın 25 il ərzində enerjini onlara hər 1 kilovatt saatı üçün 12,35 sentə satmasından narazıdır. Bütün bunlara baxmayaraq, Putin-Ərdoöan görüşü iki ölkə arasında münasibətlərin dinamik inkişafından xəbər verir və regional təhlükəsizliyin qorunmasında önəmli rol oynayır.

Xəbər 10326 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb

28.03.2024  11:19 

Direktor işdən çıxarıldı

28.03.2024  10:53 

Eldar Əfəndiyev vəfat edib

28.03.2024  09:44 

Bu rayonlarda qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +