“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


22.09.2017  13:39 

Nazir müavini erməni deputatlara etiraz etdi





A+  A-

“Azərbaycana səfərimizlə bağlı yaradılan yüksək səviyyəli şərait və təhlükəsizlik tədbirləri bizi məmnun edib”.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisdə keçirilən “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə “Şərq Tərəfdaşlığı” ölkələri parlamentlərinin cəlb edilməsi” adlı beynəlxalq konfransda iştirak edən Ermənistan parlamentinin Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan deyib.

A. Aşotyan istər konfransda, istərsə də digər təbliğat vasitələrində iki xalq arasında qarşılıqlı nifrət xarakterli çağırışların əleyhinə olduğunu söyləyib və bunun qarşısının alınmasına çağırıb: “Burada humanist mühitdən istifadə edib, münaqişə mövzusunu müzakirəyə çıxarmayaq, qarşılıqlı nifrət aşılamayaq. Bizim gələcək nəsillərin bu düşmənçiliyi davam etdirməsinə şərait yaratmayaq. Onsuz da Azərbaycanda erməni xalqına qarşı nifrət aşılanır. Xahiş edirəm, belə etməyin. Çox sağ olun ki, bizi dəvət etmisiniz. Burada olmağımız şansdır ki, belə bir mühüm mövzuya həsr olunmuş konfransı yeni antierməni təbliğatına çevirməyək”.

Azərbaycan təhsil nazirinin müavini Ceyhun Bayramov isə cavab olaraq erməni deputatı yanlış fikirlər səsləndirməkdə günahlandırıb: “Azərbaycan dərsliklərində heç bir xalqa, o cümlədən ermənilərə nifrət aşılanmır. Heç bir nifrət çağırışı yoxdur. Amma unudursunuz ki, Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal edib və hələ də işğal altda saxlayır. Bir milyondan çox azərbaycanlı öz yurdundan didərgin düşüb. Maddi-mədəni abidələr, təhsil ocaqları dağıdılıb. Bəs cavab verilməlidir, ya yox?..”

C. Bayramovun sözlərinə görə, Azərbaycanda xalqlararası dözümsüzlüyə dövlət səviyyəsində yol verilmir: “Biz Azərbaycan torpaqlarının işğalı faktından, insanların öz ölkəsində köçkün olmasından danışırıqsa, problemin kökünü başa düşməliyik. İnsanlar bütün tarixi həqiqətləri bilməlidirlər”.

Konfransda moderatorluq edən Avropa Parlamentinin üzvü Heidi Hautala mövzudan yayınmamaq barədə xəbərdarlıq edərək digər çıxışçılara söz verib.



Xəbər 779 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +