Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


22.09.2017  13:23 

“Rusiya Ermənistanın üzdə sahibidir, əslində hakimiyyətin rıçaqları...”





A+  A-

Siyasi məsləhətçi, tarix elmləri namizədi Oleq Kuznetsov Azərbaycan prezidenti İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışını şərh edib.
XəzərNews.az “Vestnik Kafkaza”a istinadən xəbər verir ki, Oleq Kuznetsov qeyd edib ki, beynəlxalq ictimaiyyət, həmçinin BMT İrəvanı bu qurumun Təhlükəsizlik Şurasının qətnamələrini həyata keçirməyə məcbur edə bilər:

“Planetdə mövcud olan istənilən kiçik dövlət bu və ya digər şəkildə daha böyük ölkələrdən asılı olur. Bu, beynəlxalq əlaqələrin universal qanunudur. Belə bir iradə ilə Ermənistanı BMT TŞ-nın qətnamələrini qəbul etməyə məcbur etmək olardı. Belə bir sual yaranır, İrəvan üçün kim patron-ölkə rolunda çıxış etməlidir?

Son dövrlərə qədər bu ölkə Rusiya idi, lakin o, Ermənistanı qətnamələri həyata keçirməyə məcbur etməyə tələsmirdi. İndi görürük ki, İrəvan Avroatlantik istiqamətinə demarş həyata keçirmək istəyir və sözdə deyil, işdə vurğulamaq istəyir ki, Rusiya artıq Ermənistanın tamhüquqlu patronu deyil. Əgər bu faktı nəzərə alsaq ki, Ermənistan ərazisində ABŞ-ın say etibarı ilə ikinci ən böyük – 1500 nəfərlik -səfirliyi (ən çoxu Bağdaddadır) yerləşir, demək olar ki, Rusiya Ermənistanın sadəcə olaraq üzdə sahibidir, İrəvanda hakimiyyətin real rıçaqları həm də ABŞ-ın əlindədir.

ABŞ və Rusiya hazırda qarşıdurma mərhələsindədirlər. Onlardan heç biri Ermənistanı BMT TŞ-nın qətnamələrini yerinə yetirməyə məcbur etmək üçün digərinə güzəştə getməyəcək”.

Siyasi şərhçi prezident İlham Əliyevin Serj Sarkisyanın Xocalı əhalisini qətlə yetirməsində iştirakı ilə bağlı çıxışına gəlincə bildirib ki, hüquq nöqteyi-nəzərindən Ermənistanın hazırki prezidenti beynəlxalq terrorçudur: “Serj Sarkisyan Qarabağ klanının - Ermənistanda hakimiyyətdə olan, Dağlıq Qarabağ seperatçılarının qeyri-qanuni silahlı birləşmələrinin keçmiş sahə komandirlərindən təşkil olunan hərbi siyasi xuntanın başçısıdır. Ermənistanın bütün siyasi sistemi Azərbaycanın işğal edilmiş torpaqlarındakı kvazi-dövlətə bağldır. Ermənistan özü isə əslində, Qarabağdan olan beynəlxalq terrorçuların yaratdığı bu qondarma dövlətin koloniyasıdır. Ermənistan özü Qarabağ klanı tərəfindən işğal olunub”.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev ötən gün BMT Baş Assambleyasında çıxışı zamanı dünyaya Dağlıq Qarabağ münaqişəsinin nizama salınmadığını xatırladıb. O, çıxışında bəyan edib ki, Ermənistanın BMT TŞ-nın qətnamələrini həyata keçirməməyinə səbəb beynəlxalq ictimaiyyətin tətbiq etdiyi ikili standartlardır.

Dövlət başçısı qeyd edib ki, Xocalı sakinlərinin kütləvi qətlinin iştirakçılarından biri də indiki Ermənistan prezidenti Serj Sarkisyan olub.

İlham Əliyev onu da vurğulayıb ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə sadiqdir, lakin problemin həll edilməməsi Ermənistan tərəfindən hərbi təxribatlara gətirib çıxarır. Nəticədə hər iki tərəfdə insanlar ölür.

Sonda isə Azərbaycan prezidenti bildirib ki, Ermənistan –Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq, BMT TŞ-nın qətnamələri əsasında həll edilməlidir. Azərbaycanın ərazi bütövlüyü tam olaraq bərpa olunmalıdır.

Xəbər 819 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +