Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


26.07.2017  11:54 

Türkiyə ilə ABŞ arasında növbəti GƏRGİNLİK - Raketlər hara tuşlanacaq...





A+  A-

Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri alması ilə bağlı danışıqlar aparması beynəlxalq hərbi-siyasi dairələrin əsas müzakirə mövzularından birinə çevrilib.
Ankara ilə Moskvanın hərbi sferada əməkdaşlığı və S-400 hava hücumundan müdafiə sistemlərinin Türkiyəyə çatdırılacağı ilə bağlı ən çox həyəcan keçirən ölkələrdən biri də ABŞ-dır.

Vaşinqtonla Ankara arasında onsuz da gərgin olan münasibətlər S-400 məsələsi ilə özünün diapazonunu genişləndirə bilər.
ABŞ-ın PKK-nın Suriya qanadı olan YPG-yə dəstək verməsi, Fətullah Gülənin Türkiyəyə ekstradisiya etməməsi fonunda Rusiya-Türkiyə hərbi əməkdaşlığının artması Ağ Evi narahat etməyə bilməz.

Bu yaxınlarda ABŞ Silahlı Qüvvələri qərargah rəislərinin Birləşmiş Komitəsinin sədri Cozef Danford bu barədə ölkəsinin narahatlığını dilə gətirib. O, Rusiya-Türkiyə hərbi münasibətlərinin ABŞ-ı narahat etdiyinə eyham vurub.
“Türkiyə hələ ki, Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri almayıb. Əgər alsa idilər, bu, bizm üçün narahatlıq mənbəyi olardı. Amma Türkiyə belə bir silah almayıb” –Danford belə deyib.

S-400-lərin əvvəlki modifikasiyası olan S-200, S-300-lərdən istifadə edən NATO ölkələri var. Bu sistemlər Rumıniya, Bolqarıstan, Almaniyada var. Amma NATO ölkələrinin heç birində S-400 yoxdur.

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, başçılıq etdiyi hərbi təşkilat alınacaq avadanlıqların öhdəliklərə uyğun olub-olmamasına diqqət edəcək. Bunun konkret detallarının nə olmasını deməyən baş katib “bu da mənim mesajımdır” deyərək üstüörtülü xəbərdarlıq ünvanlayıb.

Türkiyə mənbələri isə bildirir ki, ölkənin milli təhlükəsizliyinin gücləndirilməsinə ehtiyac olduğu üçün Ankara S-400 almağa qərar verib.

Bununla belə bu qərarın NATO-ya təhdid olmadığı bildirilir. Rusiya ilə Türkiyə müdafiə nazirlərinin imzasından sonra qüvvəyə minəcək bu razılaşmanın yerinə yetirilməsi iki mərhələdə olacaq. 2.5 milyard dollar qarşılığında alınacaq S-400-lərin birinci partiyası (2 ədəd) 2019-cu ildə Türkiyəyə veriləcək.

Bunun yerləşdirilməsindən sonra isə Türkiyə ilə Rusiyanın bu sistemi birgə istehsal edəcəyi gözlənilir.

Lakin bu müqavilənin konkret hansı tarixdə imzalanacağı bəlli deyil. Bununla belə, məlumdur ki, Türkiyənin ilkin mərhələdə əldə edəcəyi S-400-lərdən birinin bölüyündə 12 batareya var. Dolayısı ilə alınacaq S-400-lər 24 batareya 96 uzaq mənzilli raketdən ibarət olacaq. Hər bölüyün isə ayrıca radar mərkəzləri olacaq.

(modern.az)

Xəbər 823 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +