Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


06.06.2017  09:16 

Ramazan ayı Bakıdakı şadlıq evlərini çökdürdü...





A+  A-

Artıq Ramazan ayının 11-ci gününü yaşayırıq. Bu ayı dəvətnamədən, əlavə xərcdən çəkinən insanlar üçün şükran ayı da hesab etmək olar. Çünki adətən Ramazanda toylar ya az olur, ya da ümumiyyətlə olmur. Ramazan ayında restoranlarda vəziyyət necədir? Toy sifarişləri olurmu? Bəs iftar süfrəsi üçün sifarişlər necə?
XəzərNews.az bildirir ki, Modern.az saytı bu sualla bir neçə restorana müraciət edib.

“Monte Kristo” şadlıq evinin meneceri İqbal Aydınoğlunun sözlərinə görə, Ramazanda heç bir yerdə toy olmur:
“Hesab edirəm ki, Ramazan ayında heç bir yerdə toy olmamalıdır. Belə bir şeyin şahidi də olmamışam. Bizim restoranda da toylar olmur. İftar süfrəsi üçün müraciət edən ailəvi qonaqlarımız var. Tutaq ki, 10-20 nəfər yaxınları ilə gəlib iftarlarını burada açırlar. Biz iftar süfrəsində bir sıra şeyləri, məsələn, su, xurma, sup kimi qidaları kim olur olsun pulsuz veririk. Bundan başqa, kim əlavə nə sifariş edirsə, onu öz qiyməti ilə təqdim edirik. Bu, adambaşına 10 manat və ya daha çox ola bilər”.

“Çanaqqala” restoranının administratoru Anar Əliyev bildirib ki, Ramazan ayında ümumiyyətlə toylar olmur.
“Bu ayda adətən işlər zəif olur. Lakin çox nadir hallarda iftar süfrəsinin açılması ilə bağlı sifarişlərimiz olur. Belə olan halda qiymət müştərinin istəyindən asılı olaraq dəyişir. Konkret qiymət müəyyən etməmişik”.

“Oazis” restoranının administratoru Sehran Bəşirov da bu ayda toy sifarişinin olmadığını qeyd edib. Lakin restoranda iftar süfrələri açılır.
“Toylar olmasa da, bizim restoranda iftar süfrələri açılır, şou proqramlar olur. İftar süfrələrində menyu standart deyil. Bu, adambaşına 40-50 manat da ola bilər, daha yüksək və ya aşağı qiymət də. Lakin su, xurma, sup kimi bəzə yeməklər restoran tərəfindən verilir. Qalan sifarişlər isə müştərinin istəyindən asılı olaraq dəyişir”.

“Niaqara” şadlıq evinin admisintratoru Yaşar Qasımovun sözlərinə görə, onlar da Ramazan ayında toylara yer vermirlər, çünki sifariş yoxdur:
“Restoranımızda iftar süfrələri üçün sifarişlər olur. Ancaq bunun üçün standart qiymətlər müəyyən etməmişik. Hər kəs öz hesabından asılı olaraq sifarişlər edir. Məsələn, iftar süfrəsi üçün qiymət 30-35 manat da ola bilər, yaxud daha yüksək də”.

“Gilavar” restoranının administratoru Rufan Qasımov qeyd edib ki, Ramazan ayında nə toy, nə də iftar süfrəsi üçün sifarişləri var:
“İftar süfrəsi üçün sifariş olarsa, qiymətlər müştəriyə görə dəyişə bilər. Daha doğrusu, süfrədə nə olmasında asılıdır. Bu 5 manat, 10-15 manat və ya 100 manat da ola bilər. İftar süfrəsi qonaqlar üçün pulsuz da olur. Yəni əgər 150 nəfərlik iftar süfrəsi sifariş edilibsə, təbii ki, qonaqlardan pul tələb olunmur. Pulu sifariş edən müştəri əvvəlcədən verir”.

“Mega Palace” restoranının əməkdaşı Vüsal Şirinov bildirib ki, Ramazan ayında toy sifarişləri olmasa da, iftar süfrəsi üçün müraciət edənlər var:
“İftar süfrələrinin məbləği menyudan asılıdır. Lakin biz Allah yolunda bu cür süfrələri ucuz edirik. Adətən maya dəyərində olur. Buna baxmayaraq qeyd etməliyəm ki, biz şadlıq sarayı kimi fəaliyyət göstərdiyimizə görə, iftar süfrəsi üçün sifarişlər də az olur. Bu cür sifarişləri adətən böyük restoranlar qəbul edir”.

“Yeganə” şadlıq sarayının mühasib köməkçisi Arzu Abbasova bildirib ki, Ramazanda restoranda toy və ya hansısa tədbir olmur:
“Bizim restoran tərəfindən bir gün iftar süfrəsi verilir. Lakin iftar üçün sifarişlər də olmur. Ramazan ayında işlər zəif gedir”.



Xəbər 1465 dəfə oxunub.




14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +