İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR


22.04.2017  10:28 

Müasir dövrün yeni bəlası - Xroniki prostatit





A+  A-

Müasir təbabətdə ən çox təsadüf olunan, bəlkə də ən çox yayılan kişi problemlərindən (xəstəliklərindən) biri də prostatitdir.
Prostatit – prostat vəzin iltihabı xəstəliyidir və kişilərdə ən çox yayılmış bir xəstəlik növüdür. İltihab isə infeksiya və digər faktorlarla əlaqədardır. Prostat yalnız kişilərdə olan bir vəzidir, düz bağırsağın önündə, sidik kisəsinin altında yerləşir. Eninə bir çıxıntı ilə iki hissəyə ayrılır, ön hissə sidik kisəsi ilə əlaqədardır və prostatik uretra (arxa sidik kanalı) keçir (sidiyin çıxarılmasını təmin edir), arxa hissədən hissə toxum çıxarıcı kanal (sperma daşıyan kanal) keçir.
Prostatit ikili xüsusiyyətə malikdir, yəni kəskin və xroniki olur, daha çox xroniki formada inkişaf edir, kəskin formaya nadir hallarda təsadüf olunur.Xəstələrin böyük bir qismi artan və azalan ağrı, sidik ifrazının pozulması, ağrılı və çətinliklə cinsi əlaqədə olmaq və.s şikayətlərlə müraciət edirlər. Ümumiyyətlə, prostatitdaha çox gənc kişiləri (20-50 yaş aralığı) narahat edən bir xəstəlikdir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, bu xəstəlik aldadıcı formada uzun müddət özünü biruzə verməyə də bilər, çünki “hiyləgərlik” prostatitin xislətindədir. Ona görə də prostatit xəstələrini müalicə edərkən ilkin olaraq bu xəstəliyin diaqnozunu və bu mərhələyə gəlib çıxma yollarını düzgün təyin etməkdir. Eyni zamanda, xəstəyə fərdi, həm də kompleks yanaşma, müasir tibbin imkanlarından yararlanaraq analizlərin götürülməsi və s. vacib şərtlərdəndir.Dəyərləndirmə düzgün olarsa, müalicə zamanı heç bir çətinlik yaranmaz. Təbii ki, zamanında həkimə müraciət olunarsa, o halda müalicə daha effektli olar. Bəzən, əsasən də bəzi xəstələrin düşüncəsinə görə, xroniki prostatı sağalmaz, yaxud da olduqca çətin sağalan bir xəstəlik kimi xarakterizə edirlər. Əslində, bu sayaq yanaşma kökündən yanılışdır. Bu xəstəliyi qorxunc kabusa bənzətmək, onu “sağalmazlar” sırasına aid edib özünə dərd etmək, problemə çevirmək lazım deyil. Çünki xroniki prostatit sağalan və ram edilən xəstəlikdir, qeyd etdiyimiz kimi, əgər dəqiq diaqnoz və düzgün müalicə olarsa. Amma vurğulamaq istərdik ki, xəstəliyə yoluxmuşların buna səhlənkar yanaşması, zamanı uzadaraq həkimə müraciət etməməsi, şübhəsiz ki, sonradan böyük fəsadlara yol aça bilər. Demək, ilkin addım pasientin özü tərəfindən atılmalıdır.
Tez-tez, ağrılı sidiyə getmə, bəzən bədən hərarətinin yüksəlməsi, ara-sıra aralıq və qasıqüstü nahiyyələrdə ağrılarprostatın ilk simptomları hesab olunur. Buna əhəmiyyətsiz yanaşıldıqda, xəstə qeyri-ixtiyari olaraq, prostatitin xroniki formasına keçid vəsiqəsini özünə qazanmış olur. Səbəblər isə müxtəlif ola bilər.
Xroniki prostatitin əsas simptomları isə bunlardır:
1)Kiçik çanaqda, qasıq nahiyyəsində, düz bağırsaqda, xayalarda və bel nahiyəsində ağrı və diskomfort;
2)Sidik aktinin pozulması;
3)Seksual funskiyanın pozulması, libidonun azalması, erkən boşalma və s.
Müayyinə üçün ilk növbədə USM və prostat şirəsinin götürülməsi məsləhət görülür.Eyni zamanda, qizli infeksiyaların müayyinəsi də mütləqdir. Ona görə də yuxarıda sadaladığımız simptomların bir neçəsi olduqda, mütləq müayinəyə getmək məsləhət görülür. Və unutmayaq ki, xroniki prostatit qələcəkdə prostat vəzinin şişinə də qətirə bilər.Bu sayaq hallarla qarşılaşmamaq üçün prostatitli xəstələr ilkin olaraq həkimlər tərəfindən məsləhət bilinən bir sıra şərtlərə ciddi əməl etməlidirlər: normal cinsi həyat yaşamalı, soyuqdan qorunmalı, imkan daxilində axşamlar isti vanna qəbul etməli, qəbizlik olmamalı, tütündən və alkaqoldan uzaq olmalı, pəhrizə keçməli – kəskin yeməklər - ədviyyatlı, xüsusən də acılı, turşulu yeməklər yeməməli, hərəkətsiz oturaq həyatı aktif fəaliyyət rejimi ilə əvəzləməlidirlər. Burada olduqca incə bir nüansa da düqqət yetirmək vacibdir. Bu da “müasir” modadan uzaq olmaq, yəni dar çimərlik paltarı geyinməməkdir, çünki geniş pambıq parçadan hazırlanmış alt paltarları daha gigiyenikdirlər və prostatda qan dövranına maneçilik törətmirlər.Bütün bunlar xəstəliyin müalicəsində daha ugurlu başlangıc hesab olmaqla yanaşı, eyni zamanda sonradan müalicəinin effektivliyinin də təminatçısına çevrilir. Gəlin unutmayaq ki, xəstəliyi qabaqlamaq onu müalicə etməkdən daha asandır. Asanı çeçib həyat tərzimizə çevirə bilsək, o zaman sağlamlığımızla bağlı problemlərlə üzləşmərik.

Zaur Nuriyev
Həkim-dermoveneroloq


Xəbər 8179 dəfə oxunub.




22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +