Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib -Fotolar
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident


27.03.2017  12:15 

Diqqətli olun! - Bakının nəqliyyat sistemində ciddi dəyişiklik





A+  A-

Xüsusi hərəkət zolaqları çəkilən ərazilərdən istifadə edən minik avtomobillərinin sürücüləri 40 manat cərimə olunacaqlar.
XəzərNews.az bildirir ki, bu barədə “Qafqazinfo” ya Bakı Nəqliyyat Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. Onun sözlərinə görə, xüsusi hərəkət zolaqları çəkilən ərazilərdə nişanlar qoyulur: “Sürücülər yollarda olan digər nişanlar kimi o nişanın tələbinə uyğun olaraq da hərəkət etməlidirlər. Buna nəzarəti də Dövlət Yol Polisinin əməkdaşları həyata keçirirlər. Hər hansı nəqliyyat vasitəsi xüsusi hərəkət zolağına girə bilməz. Yalnız sərnişin avtobusları o zolağa girə bilər. Zərurət olacağı təqdirdə operativ nəqliyyat vasitələri də həmin zolaqdan istifadə edə bilər.

Qaydaları pozanlar isə 40 manata qədər cərimə oluna bilərlər. Eyni zamanda xüsusi hərəkət zolağının olduğu marşrut zolağı üzrə hərkət edən sərnişin avtobusları mütləq şəkildə həmin zolaqla hərkət etməlidirlər. Və bu zolaqda hərəkət edərkən bir avtobus digər abtobusu keçə bilməz. Yəni zolaqdan çıxıb o biri avtobusu ötə bilməz. Əgər belə olarsa, bu hal verilmiş marşrut xəttindən çıxma sayılır və sürücü 40 manat cərimə olunur.



Bundan əlavə, hər hansı avtobus sürücüsü başqa xətt üzrə hərkət edib təsadüfən həmin zolağa daxil olubsa, həmin xüsusi hərəkət zolağına girə bilməz. Xüsusi hərəkət zolağından yalnız həmin zolaqdan keçən sərnişin avtobusları hərəkət edə bilərlər”.

M. Ağayev qeyd edib ki, ilkin mərhələdə 9 küçə və prospektdə xüsusi hərəkət zolaqlarının çəkilməsi müəyyənləşdirilib. Artıq Yusif Səfərov və Məhəmməd Füzuli küçələrində xüsusi hərəkət zolağı çəkilib və hazırda nişanlanma işləri aparılır. Digər küçə və prospektlərdə mərhəli şəkildə proseslər davam edəcək. “Biz müvafiq dövlət qurumları ilə birgə hansı küçələrdə buna zərurət varsa, orada da işləri həyata keçirəcəyik.

Qeyd edim ki, bu zolaqlar üç və daha artıq hərəkət zolağı olan küçələrdə çəkilir. Çünki iki hərəkət zolağı olan küçədə onun çəkilməsi artıq sıxlıq yarada bilər. Nəqliyyat Agentliyi olaraq bu fikirdəyik ki, şəhərdə bu tip nəqliyyat zolaqlarının olması mütləqdir. Bu marşrut şəbəkəsindən istifadəni stimullaşdırır. İctimai nəqliyyatdan istifadə artarsa, bu şəhərin tıxac probleminin həllinə də kömək edə bilər. Avtobus tıxacda qalmadığı təqdirdə isə, əhali sərnişin avtobuslarından daha çox istifadə edəcək”.

Xəbər 901 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq


BÜTÜN XƏBƏRLƏR +